“Əməyinizin nəticələrindən qürur duymağı arzulayıram” - Emin Əmrullayev
Elm və təhsil naziri Emin Əmrullayev müəllimləri təbrik edib.
Adalet.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Əziz müəllimlər,
Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm.
Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir. Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır.
Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram”, - paylaşımda qeyd olunub.
Digər Xəbərlər
22 Noyabr 2026 16:31
Azərbaycanın hazırda dərs keçən ən yaşlı müəlliminin 97 yaşı oldu
20 Noyabr 2026 23:23
Azərbaycan Universitetinin nümayəndə heyəti Almaniyada təcrübə mübadiləsindədir
20 Noyabr 2026 15:37
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
19 Noyabr 2026 17:02
Nazir Məleykə Abbaszadəni kollektivə təqdim etdi
19 Noyabr 2026 10:49
“Başa düşülməyən tapşırıqlar əsasında düşündürücü testlər necə tərtib olunur?”
18 Noyabr 2026 17:12
İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq
18 Noyabr 2026 13:06
"İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" - Nazir
17 Noyabr 2026 12:01


Bakı -°C

