“Müasir Audiovizual Baxış” mükafatı təqdim olundu – FOTOLAR
Azərbaycanın Premium kinoteatrı olan “Cinema Plus” Kinoteatrlar Şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında Azərbaycan Respublikası Mədəniyyət Naziliyi və AVTO FM 107.7 FM-in dəstəyilə hər həftənin şənbə və bazar günləri yayımlanan “Cinema Radio” Kino Radio Kanalının III Ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi keçirilib.
“Azman Holdinq”in dəstəyilə baş tutan mərasimi açıq elan edən tədbirin aparıcısı, tanınmış aktyor Emin Nəsirli Kino Radio Kanal və onun Mükafatı haqqında məlumat verib. Mərasimdə çıxış edənlər Mədəniyyət Nazirliyi, audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, “PMG Group” Şirkətinin rəhbəri CavidNemətzadə, Azərbaycan Respublilası Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev Cinema Radio Kino Radio Kanalının formatı, onun əhəmiyyətindən danışıblar.
“Cinema Radio” Kino Radio Kanalının rəhbəri AzerNyuMedia Şirkətinin icraçı direktoru Kamran Qasımov və Kino Radio Kanalın aparıcısı RJ Yaqut builki mükafatın sahibini elan ediblər. Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim edilib.
Mərasimdə Respublikanın Əməkdar artisti Xəyyam Mustafazadə “Nizami” və “Odlar yurdu” filmlərindən canlı soundtracklar ifa edib.
Qeyd edək ki, “Azman Holding” çoxprofilli biznes fəaliyyətilə məşğul olan idarəedici şirkətdir. Şirkət əsasən ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşıb.
“Azman Holding” ölkəmizdə idmanın təbliği və populyarlaşdırılması sahəsinə də öz sanballı töhfəsini verir. Holdinq çoxsaylı sosial-mədəni layihələri, vətənpərvərlik tərbiyəsinə xidmət edən idman yarışlarını, gənclərin müxtəlif təşəbbüslərini dəstəkləyir, Vətən müharibəsi qazilərinə, şəhid ailələrinə və aztəminatlılara yardım göstərir. Cinema Radio Kino Radio Kanalının III Ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi də şirkətin dəstək göstərdiyi layihələrdən biridir.
Digər Xəbərlər
28 Sentyabr 2026 11:07
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
28 Sentyabr 2026 10:13
Bakıda yeni tunel inşa ediləcək - VİDEO
27 Sentyabr 2026 16:58
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub - FOTOLAR
27 Sentyabr 2026 12:05
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - VİDEO + FOTOLAR
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
25 Sentyabr 2026 21:45


Bakı -°C

