“Ona görə də istəyərdim ki, buna hər kəs anlaşıqlı yanaşsın...”
“Baş verənləri adam çox ürək ağrısıyla seyr eləyir. Ona görə ki, məktəblərdə bu cür vəziyyətin yaranmasını kimsə istəməz. Bir tərəfdən insanların istəyi, o biri tərəfdə dövlətin qoyduğu qaydalar, qanunlar dayanır”.
Bunu Adalet.az-a açıqlamasında professor Qulu Məhərrəmli vahid məktəbli formaları haqda danışarkən deyib.
O, bildirib ki, kiminsə baş örtüyü gözdirməsi onun şəxsi işidir, amma digər tərəfdən məktəb üçün vahid qaydalar mövcuddursa buna biz əməl etməliyik:
“Qonşu türkdilli, keçmiş MDB-nin müsəlman ölkələri ilə müqayisə aparsaq bunların heç birində orta məktəbdə şagirdin baş örtüyünə icazə verilmir. Türkiyənin özündə baş örtüyünə yalnız dini məktəblərdə, mədrəsələrdə icazə verilir. Ona görə də bu standartlara qarşı bu cür aqressiya ilə yanaşmağa ehtiyac yoxdur. Hər halda bu məsələnin normal həlli tapılar. Çünki faktiki olaraq bunu kənardan gəlmə bir təsir hesab edirəm. Artmaqda olan bir tendensiyadır. Ona görə də istəyərdim ki, buna hər kəs anlaşıqlı yanaşsın və bu cür qarşıdurmaya getməyə heç bir ehtiyac yoxdur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Oktyabr 2026 10:58
Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşdı
13 Oktyabr 2026 10:22
“Mən səmimi, savadlı, İslamın mahiyyətini dərk edən inanclı insanları...”
13 Oktyabr 2026 10:03
AZAL bu ilin ilk doqquz ayını beynəlxalq nailiyyətlərlə başa vurub
13 Oktyabr 2026 10:02
DYP-dən XƏBƏRDARLIQ
13 Oktyabr 2026 09:47
Bakı metrosuna 302 milyon dollar kredit ayrıldı
12 Oktyabr 2026 20:23
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
12 Oktyabr 2026 18:32
“Şahinlərin Görüşü-2026” başladı - VİDEO
12 Oktyabr 2026 18:17


Bakı -°C

