MM sədri deputata: “Elə danışırsınız ki, sanki siz skuter sürürsünüz”
“Bu gün şəhərdə skuterlərdən istifadə olunur və bəzi sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər”.
Adalet.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında deyib.
Deputat söyləyib ki, skuterlərin sürəti 60 km/saatdır.
O bildirib ki, xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının vurulması məcburiyyəti yaranıb: “Bizdə də bu təcrübədən istifadə olunsun. Azərbaycanda artan templə skuterlər yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.
Sədr Sahibə Qafarova isə deputatın fikirlərinə “Şahin müəllim, skuterin sürətinin göstəricisi var? Elə danışırsınız ki, sanki siz skuter sürürsünüz” deyərək münasibət bildirib.
Digər Xəbərlər
20 Fevral 2026 16:54
Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir
20 Fevral 2026 16:51
Onların təhsil haqqını dövlətin ödəyəcəyi hallar müəyyənləşdi
20 Fevral 2026 16:47
STM MEDİA-ya birləşdirilir
20 Fevral 2026 16:27
Vaşinqtonda anti-milli ünsürlərin Azərbaycana qarşı təxribat cəhdi - VİDEO
20 Fevral 2026 14:08
"Koronavirus dövründə insanlar kütləvi şəkildə MAXE olmağa üz tutdular" - Deputat
20 Fevral 2026 14:06
Qadın hərbçilər üçün MAXE müddəti azaldılır
20 Fevral 2026 13:27
Azərbaycanda elektron siqaretlərlə bağlı yeni cərimələr
20 Fevral 2026 12:21


Bakı -°C

