adalet.az header logo
  • Bakı -°C
19 Avqust 2026 16:29
89
SİYASƏT
A- A+

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir sıra dövlətlərin fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

Adalet.az Qazaxıstan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov da etimadnaməsini dövlət başçısına təqdim edib.

Azərbaycanla yanaşı, Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiyanın səfirləri də etimadnamələrini Tokayevə təqdim ediblər.