Hərbi Prokurorluğun rəhbərliyi sərhədçiləri ziyarət etdi
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ilə bağlı Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri tərəfindən Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunan və hərbi hissələrdə xidmət edən sərhədçilər ziyarət olunub, bayramları təbrik edilib.
Adalet.az xəbər verir ki, ziyarətçilər görüş zamanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən Silahlı Qüvvələrin formalaşmasından, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədən, hərbçilərə göstərilən diqqət və qayğıdan bəhs edib, habelə hospitalda müalicə olunan hərbi qulluqçuların müalicə prosesi və hərbi hissələrdə xidmət şəraiti ilə maraqlanıb.
Ardınca hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib. Sərhədçilər yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Digər Xəbərlər
18 Avqust 2026 18:03
Azərbaycan CNN-i məhkəməyə verdi
18 Avqust 2026 17:52
“Qırmızı Körpü” gömrük postunda 1030 yük maşını canlı növbədədir
18 Avqust 2026 17:30
Rövşən Rzayev vətəndaşların problemini dinlədi
18 Avqust 2026 16:35
Nərminə Kamala agentlikdə yeni vəzifə verildi
18 Avqust 2026 13:42
Aqil Abbas SƏRHƏDÇİLƏRİ TƏBRİK ETDİ
18 Avqust 2026 12:40
Sabah 37 dərəcə isti olacaq
18 Avqust 2026 12:35
Yeni metro stansiyalarının piyada əlçatanlıq xəritəsi necə olacaq?
18 Avqust 2026 12:00


Bakı -°C

