adalet.az header logo
  • Bakı -°C
01 Iyul 2026 19:00
80
İDMAN
A- A+

Millinin ev oyunlarının məkanları açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının oktyabrda UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının məkanları müəyyənləşib.

Bu barədə Adalet.az-a AFFA-dan məlumat verilib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda turnirin D Liqası çərçivəsində oktyabrın 1-də Lixtenşteyn yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Oktyabrın 4-də Litva kollektivi ilə qarşılaşma isə Gəncə stadionunda baş tutacaq.