İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır
Azərbaycan üçün sülh artıq reallıqdır.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə mətbuata bəyanatla çıxış edərkən bildirib.
Dövlət başçısı bildirib ki, Ursula fon der Lyayenlə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması proseslərindən söhbət ediblər.
"Faktiki olaraq sülhə nail olunub. Biz artıq bunun xeyrini görürük. Biz sülhün kağız üzərində olmadığını nümayiş etdirmək üçün bir sıra birtərəfli addımlar atdıq".
Prezident xatırladıb ki, Azərbaycan öz ərazisindən Ermənistana malların göndərilməsi üçün bütün məhdudiyyətləri aradan qaldırdı. İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistana neft məhsulları, o cümlədən benzinin ixracına başlayıb:
"Bir sözlə biz nümayiş etdiririk ki, bizim üçün sülh artıq reallıqdır. Biz sülh şəraitində yaşamağa öyrənirik, çünki biz 30 il ərzində işğal altında yaşamışıq. Biz sülhü gücləndirmək üçün əlimizdən gələni etməliyik ki, o əbədi sülh olsun".
Digər Xəbərlər
01 Iyul 2026 20:18
Azərbaycan–Aİ tərəfdaşlığı yeni üfüqlərə doğru irəliləyir - Hikmət Hacıyev
01 Iyul 2026 20:02
“Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
01 Iyul 2026 19:33
İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış edirlər
01 Iyul 2026 19:33
"Aİ ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik" - İlham Əliyev
01 Iyul 2026 19:24
Prezidentin Lyayenlə geniş tərkibdə görüşü oldu - FOTOLAR
01 Iyul 2026 18:38
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub - FOTOLAR
01 Iyul 2026 17:35
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşdü
01 Iyul 2026 17:03


Bakı -°C

