Şagird məktəbə telefon apara bilər? - Nazirdən açıqlama
Elm və təhsil naziri Emin Əmrullayev məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində təhsilalanların mobil və elektron cihazlardan istifadə etməsinə qadağa qoyulmasına münasibət bildirib.
Adalet.az xəbər verir ki, nazir bu barədə ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2026: Səriştəli Müəllim – Keyfiyyətli Təhsil" mövzusunda tədbir zamanı sual-cavab sessiyasında açıqlayıb.
Nazirin sözlərinə görə, şagirdlər dərs zamanı telefondan istifadə edə bilməz: "Məktəbdə smartfonlar onsuz da qadağan idi. Amma şagirdlər məktəbə telefonla gələ bilirdi. Bu, bizim köhnə qaydamızdır. Məsələ odur ki, dərs vaxtı telefondan istifadə edə bilməz. Amma təbii ki, telefonu özü ilə gətirə bilər. Söhbət dərs vaxtı telefonla danışmaq və istifadədən gedir.
Məsələn, şagird telefonla danışa və telefonla oynaya bilər. Bu, smartfon olmayanda da mümkündür. Bu halda müəllim nə etməlidir? Yəni bunun qaydası olmalıdır ki, bu tənzimlənsin. Tənzimlənmirsə, müəllim də telefondan istifadəyə icazə vermir, bu necə olmalıdır? Mahiyyət ondan ibarətdir ki, şagird dərs vaxtı məktəbə gətirdiyi telefonu istifadə etməməlidir.
Təbii ki, hansısa çıxılmaz vəziyyətdirsə, onsuz da şagird əlini qaldırıb çölə çıxa bilər. Bu, ayrı mövzudur. Söhbət dərsin pozulması və dərs zamanı smartfondan istifadədən gedir".
Digər Xəbərlər
10 Avqust 2026 17:51
II-III ixtisas qrupları üzrə qəbul şərtləri və plan yerləri açıqlanıb
08 Avqust 2026 11:40
Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başladı
07 Avqust 2026 16:29
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri - Açıqlandı
07 Avqust 2026 12:48
Bakıda 3 məktəb sökülüb yenidən tikilir
07 Avqust 2026 11:37
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
07 Avqust 2026 10:46
Bağlanan universitetin müəllimləri işlə təmin olunacaqlar? - VİDEO
06 Avqust 2026 12:00
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
06 Avqust 2026 10:47


Bakı -°C

