Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.
Adalet.az xəbər verir ki, parlamentin dekabrın 9-da keçiriləcək iclasının gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.
1. "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
2. "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Sosial sığorta haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "Sığorta fəaliyyəti haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Gömrük tarifi haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
8. Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
9. A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
10. "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (II səsvermə).
11. "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
12. "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
13. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
14. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
15. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
16. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
Nicat Novruzoğlu
Digər Xəbərlər
05 Dekabr 2025 16:00
Mirziyoyev Şahbazovla enerji sahəsində birgə layihələri müzakirə edib
05 Dekabr 2025 15:40
Elçin Əmirbəyov Cenevrədə sülh prosesi barədə məlumat verib
05 Dekabr 2025 15:06
Elçin Əmirbəyov Tobias Privitelli ilə görüşüb - FOTO
05 Dekabr 2025 13:57
Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü
05 Dekabr 2025 12:40
İlham Əliyev Tailand kralını milli bayram münasibətilə təbrik edib
05 Dekabr 2025 12:20
Əli Əsədov TDT-nin əmək və sosial müdafiə nazirləri ilə görüşüb
05 Dekabr 2025 12:17
“Azərbaycan dövlətinin milli maraqlarına qarşı yönəlmiş bu fəaliyyətlər...”
05 Dekabr 2025 11:32


Bakı -°C

