Elçin Əmirbəyov Cenevrədə sülh prosesi barədə məlumat verib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin (GCSP) Vasitəçilik və Sülhə Dəstək Qrupunun direktoru Pol Dziatkoviç ilə görüş keçirib.
Adalet.az xəbər verir ki, görüşdə Mərkəzin regionda post-münaqişə sülh quruculuğu fəaliyyətinə verə biləcək dəstək mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında son iki ildə Mərkəzin dəstəyi ilə Azərbaycan və Ermənistan beyin mərkəzləri və vətəndaş cəmiyyəti nümayandəlırinin iştirakı ilə aparılan humanitar dialoq yüksək qiymətləndirilib, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin birgə tədbirlərdə iştirakı və qarşılıqlı səfərləri, iqtisadi ekspertlərin birgə hazırladığı sülhün iqtisadi üstünlüklərinə dair hesabatlar Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlanmasında əhəmiyyəti və bu fəaliyyətin davam etdieilməsinin vacibliyi vurğulanıb.
Səfər çərçivəsində Elçin Əmirbəyov həmçinin Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsində akreditə olunmuş jurnalistlər üçün mətbuat brifinqi keçirib. Brifinq zamanı Prezidentinin nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesinin indiki durumu və perspektivləri, regionda sülhün və inkişafının möhkəmləndirilməsi istiqamətində Azərbayacan tərəfindən atılan addımlar, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın gücləndiriləmisən yönələn dialoq, Azərbaycanın üzləşdiyi mina problemi və işğal zamanı dağıdılmış mədəni irsimiz, Orta Dəhlizinin genişləndirilməsi üçün Cənubi Qafqazda nəqliyyat bağlantılarının açılmasının əhəmiyyəti kimi məsələlərə dair jurnalistlərinin çoxsaylı suallarını cavablandırıb.
Digər Xəbərlər
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45
“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
16 Yanvar 2026 10:37
“ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası bu şəhərlərdə yerləşir”
15 Yanvar 2026 18:22
Fidan: Zəngəzur dəhlizi Orta Dəhliz baxımından əhəmiyyətlidir
15 Yanvar 2026 13:21


Bakı -°C

