Əli Əsədov TDT-nin əmək və sosial müdafiə nazirləri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycanın sədrliyi çərçivəsində təşkilatın öz inkişafını davam etdirəcəyinə və beynəlxalq müstəvidə nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.
Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkədə aparılan ardıcıl sosial islahatlar barədə söhbət açılıb. Bildirilib ki, innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması Azərbaycan Prezidenti tərəfindən dövlət siyasətinin strateji məqsədi kimi müəyyənləşdirilib.
Görüşdə Türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Digər Xəbərlər
05 Dekabr 2025 12:40
İlham Əliyev Tailand kralını milli bayram münasibətilə təbrik edib
05 Dekabr 2025 12:17
“Azərbaycan dövlətinin milli maraqlarına qarşı yönəlmiş bu fəaliyyətlər...”
05 Dekabr 2025 11:32
Putin Hindistana buna görə gedib - Politoloq
05 Dekabr 2025 11:10
Türkiyə -Ermənistan sərhədləri yaxın perspektivdə açıla bilər - Politoloq
05 Dekabr 2025 10:10
"Onlar ata-baba yurdlarına qayıdacaq" - İlham Əliyev
05 Dekabr 2025 10:01
"Ermənistan azərbaycanlıların mədəni irsini məhv edib" - Prezident
05 Dekabr 2025 09:43
"Ermənistan azərbaycanlıların mədəni irsini məhv edib" - Prezident
05 Dekabr 2025 09:27


Bakı -°C

