Milli Məclisdə məsələ qaldırıldı: “Vardanyanı tutub Bakıya gətirmək lazımdır”
“Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən qanunsuz erməni silahlı dəstələri Azərbaycan mövqelərini atəşə tuturlar”.
Adalet.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Sahib Alıyev deyib.
O bildirib ki, Rusiya sülhməramlı kontingenti regionda ömrünü uzatmaq istəyir.
“Qarabağdakı Azərbaycan toponimlərinin qondarma erməni adları ilə təqdimatı təxribatdır”, - deyə deputat əlavə edib.
Millət vəkili qeyd edib ki, Qarabağdakı Azərbaycan yer adlarının erməni adı ilə təqdimatı heç nəyi dəyişməyəcək.
“Bu gün Ruben Vardanyan kimi dələduzları da Qarabağa göndəriblər. Vardanyan ora könüllü gəlməyib, onu Qarabağa göndəriblər. Vardanyan bəlkə də Rusiyada öldürülən milyarderlər sırasında olmamaq üçün Qarabağa gəlib. Bu, aydın görünür. Vardanyan kimi dələduzu ya Qarabağdan rədd etmək, ya da tutub Bakıya gətirmək lazımdır”, - deyə Sahib Alıyev söyləyib.
Digər Xəbərlər
03 Oktyabr 2026 13:06
Ceyhun Bayramov Əraqçi ilə telefonla danışdı
03 Oktyabr 2026 11:26
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - VİDEO
03 Oktyabr 2026 11:24
Prezident onları təbrik etdi
03 Oktyabr 2026 11:11
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
03 Oktyabr 2026 10:10
“Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər” - VİDEO
03 Oktyabr 2026 10:03
"Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!" - XİN
03 Oktyabr 2026 09:28
“Məsuliyyətlə dolu bir siyasi həyat...”
03 Oktyabr 2026 09:00


Bakı -°C

