Milli Məclisdə kibercinayətkarlıqla bağlı iclas keçirildi
Fevralın 3-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin videokonfrans formatında iclası keçirilib.
Adalet.az xəbər verir ki, iclasa komitə sədri Arzu Nağıyev sədrlik edib.
O, gündəliyə “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi-Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin daxil edildiyini bildirib.
İclasda bildirilib ki, preambula, 9 fəsil və 68 maddədən ibarət olan Konvensiya informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini, ağır cinayətlər üzrə elektron sübutların toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi mexanizmin formalaşdırılmasını nəzərdə tutur. Sənəddə kibercinayətkarlıqla mübarizənin beynəlxalq hüquqi yardım, ekstradisiya və operativ qarşılıqlı əlaqə mexanizmləri çərçivəsində həyata keçirilməsi də əksini tapır.
Müzakirələrdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış edərək Konvensiyanın təsdiqinin hüquqi dövlət quruculuğu, insan hüquqlarının müdafiəsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, sənəd müasir dövrdə kibercinayətkarlıqla bağlı müxtəlif halları əhatə edir.
İclasda komitə sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Hikmət Məmmədov, Qaya Məmmədov, Gülşən Paşayeva və Rizvan Nəbiyev qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Həmçinin iclasda iştirak edən Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri Orxan Abdulkərimli və Elvin Balacanov qaldırılan məsələlərə dair açıqlamalar veriblər.
Müzakirələrin yekununda qanun layihəsinin baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.
Onlayn formatda keçirilən iclasda komitə üzvləri Kamal Cəfərov, Azər Kərimli, Ramid Namazov, Səbinə Salmanova, Elman Məmmədov, Samir Vəliyev, Mahir Süleymanlı, Aqil Abbasov, Aydın Mirzəzadə, Erkin Qədirli və digər rəsmi şəxslər iştirak ediblər.
Digər Xəbərlər
03 Fevral 2026 19:17
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olundu - FOTOLAR
03 Fevral 2026 18:50
Prezidentin izlədiyi təlimdən VİDEO
03 Fevral 2026 17:36
ABŞ ilə mədəniyyət sahəsində əlaqələr müzakirə edilib
03 Fevral 2026 15:56
Prezidentlər Əbu-Dabidə birgə əməliyyat-taktiki təlimini izləyiblər - FOTOLAR
03 Fevral 2026 14:50
Elmar Məmmədyarovun adı "Epşteyn" sənədlərində HALLANIB
03 Fevral 2026 11:58
“Birləşmiş Ərəb Əmirlikləri bərpaolunan enerji sahəsində ölkəmizdə böyük işlər görür”
03 Fevral 2026 11:41
“Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın qeyri neft-qaz ixracatında yeni strateji...”
03 Fevral 2026 11:10


Bakı -°C

