Milli Məclis bələdiyyələrlə bağlı hesabatı qəbul etdi
Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” (2024-cü il üzrə) müzakirə olunub.
Adalet.az xəbər verir ki, hesabatda bələdiyyələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, əsas problemlər arasında saxta sənədlərin hazırlanması və qanunsuz torpaq satışları, bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi, torpaqların qanunsuz istifadəsi və idarə edilməməsi, bələdiyyə gəlirlərinin düzgün uçota alınmaması və vergilərin toplanmasında nöqsanlar qeydə alınıb.
Korrupsiya ilə mübarizə çərçivəsində aşkarlanmış qanun pozuntuları ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Qeyd edilib ki, 51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb. Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb.
İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9720 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 9686 ha torpaq sahəsinin icarəyə, 34 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanuna müvafiq tədbirlər davam etdirilib. Nəticədə 3376 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
"Elektron icra" informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 11290 inzibati akt (2023-cü il ərzində 5585) icra məmurları tərəfindən icraata qəbul olunmuş və icraatda qalıqla birgə 16785 inzibati akt olub. Onlardan 6669 aktın (2023-cü il ərzində 7523) icrası təmin edilib.
Müzakirələrdən sonra hesabat səsverməyə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
14 Mart 2026 09:21
Azərbaycan neftinin qiyməti 109 dolları ötdü
13 Mart 2026 14:55
“İqtisadi diplomatiya siyasətinin ən böyük uğurları dövlətimizin aktivinə yazıldı”
13 Mart 2026 11:58
Azərbaycandan Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb
13 Mart 2026 11:29
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
13 Mart 2026 11:29
"Sosial ödənişlərin artırılması ilə bağlı mühüm qərarlar qəbul olunub" - Baş nazir
13 Mart 2026 11:24
İran ixracatı qadağan etsə, Azərbaycanda nə bahalaşacaq?
13 Mart 2026 11:08
Dövlət sektorunda işləyənlərin sayı açıqlanıb
13 Mart 2026 11:07


Bakı -°C

