Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında geniş fikir mübadiləsi aparıb.
Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Ə.Vəliyev 7 və 9 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlərlə yerindəcə tanış olub.
Eyni zamanda, R.Rüstəmov küçəsi 76B və E.Süleymanov 114 ünvanında yerləşən, Birinci Qarabağ müharibəsi qaziləri, veteranlar və şəhid ailələri üçün inşa edilmiş yaşayış binasında sakinlərlə görüş keçirilib. Görüş zamanı Birinci Qarabağ müharibəsi qaziləri Mərdan Şahıyev və Ədalət Gülməmmədov başda olmaqla sakinlərin müraciət və təklifləri, onları narahat edən məsələlər diqqətlə dinlənilib, problemlərin həlli istiqamətində görüləcək işlər və atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.
Verilən məlumata görə, vətəndaşların görüşlər zamanı deputat Könül Nurullayevaya ünvanladıqları bütün müraciətlər səlahiyyətləri çərçivəsində qeydiyyata götürülüb və ən qısa zamanda aidiyyəti üzrə müvafiq qurumlara göndəriləcək.
Digər Xəbərlər
25 Avqust 2026 18:30
Prezident Administrasiyasında sentyabrda kimlər vətəndaşları qəbul edəcək? – CƏDVƏL
25 Avqust 2026 16:41
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
25 Avqust 2026 16:41
"Azəripək" "Azərxalça"ya birləşdirilib
25 Avqust 2026 15:58
ADSEA yeni, rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib
25 Avqust 2026 15:44
Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
25 Avqust 2026 12:53
Hərbi toplanış kimlər üçün məcburi deyil?
25 Avqust 2026 12:07
Sloveniyada işləyə bilərsiniz - Bu sahələr üzrə 200-dən çox vakansiya var
25 Avqust 2026 12:04


Bakı -°C

