Messi “Qızıl top” mükafatını muzeyə bağışladı
Argentina millisinin futbolçusu Lionel Messi 2023-cü ildə qazandığı “Qızıl top” mükafatını vaxtilə çıxış etdiyi İspaniyanın “Barselona” klubunun muzeyinə bağışlayıb.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bu mükafatın da əvvəlkilərin yanında yer almasını istəyib.
Təcrübəli forvard daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub və onların hər biri hazırda Kataloniya təmsilçisinin muzeyindədir.
Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. O, hazırda ABŞ-ın "İnter Mayami" klubunun formasını geyinir.
Digər Xəbərlər
05 Oktyabr 2026 16:42
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” aldı
05 Oktyabr 2026 10:22
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
05 Oktyabr 2026 10:14
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
05 Oktyabr 2026 09:33


Bakı -°C

