Məşhur aparıcı: “Mənim taleyimə səhər proqramlarının aparıcısı olmaq yazılıb”
Xəbər verdiyimiz kimi məşhur aparıcı Rövşanə Ağasəfqızı “Space” kanalında “Səhər” proqramıyla tamaşaçılarını salamlayacaq.
Adalet.az-a açıqlamasında Rövşanə Ağasəfqızı bu gün cəmiyyəti narahat edən mövzuları aparıcısı olduğu verilişdə müzakirəyə çıxaracağını bildirib:
“Space” kanalında həftəiçi hər gün “Səhər” proqramında olacam. Əvvəlcə yeddi və sonra isə beş gün veriliş yayımlanacaq. Bununla yanaşı, səhər komandasına da rəhbərlik edəcəm. Yəni keçmiş, bildiyiniz əvvəlki “Səhər” proqramı mənim təqdimatımda efirə gedəcək. “Space” kanalında təxminən 10 il “Sabah” proqramı aparmışdım. Ümumiyyətlə, deyəsən mənim taleyimə səhər proqramlarının aparıcısı olmaq yazılıb. Digər qonşu kanallarda da əsasən səhər proqramlarının aparıcısı olmuşam. Demək olar ki, efir çox vaxt mənimlə başlayıb. İlk olaraq mən tamaşaçını salamlamışam. Aktual, gündəm, mədəniyyət, ədəbiyyat, incəsənət istiqamətində daha çox verilişlər hazırlayacağıq. Veriliş bütünlüklə əyləncədən ibarət olmayacaq. Daha çox gündəmin nəbzini tutmağa çalışacağıq”-deyə aparıcı bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
17 Mart 2026 13:16
Media orqanlarının nəzərinə: Tələblər artırılır
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06
Bu hesabatda Azərbaycana dair qərəzli mülahizələr var - MEDİA
10 Mart 2026 12:33
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
06 Mart 2026 21:44
MEDİA bu səhifəyə xəbərdarlıq etdi
06 Mart 2026 17:26
Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır - MEDİA
05 Mart 2026 09:10
Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
04 Mart 2026 11:39


Bakı -°C

