adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Mart 2017 17:30
5580
İDMAN

Məşhur futbolçu karyerasını başa vurur

"Bayern Munich"in yarımmüdafiəçisi Xabi Alonso karyerasını başa vurduğunu elan edib.

Təcrübəli futbolçu Twitter səhifəsində bunları yazıb: "Bunu sevirdim. Onunla yaşayırdım. Əlvida, gözəl oyun".

Alonsonun mövsümün sonunda butslarını mismardan asacağı gözlənilir. O, İspaniya millisinin heyətində Dünya və Avropa Çempionu olub. Eyni zamanda Almaniya, İspaniya çempionu və klub səviyyəsində bütün beynəlxalq titulların sahibidir.