adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Aprel 2020 16:59
44068
LAYİHƏ

"MƏNƏ İRANDA ŞİRİN OĞLU MƏHƏMMƏD, QARABAĞDA QAZANPAPAQ MƏHƏMMƏD DEYƏRLƏR..."

(əvvəli ötən saylarımızda)

O, 11 bəndlik ərizəsinin göstəriş-bildirişhissəsinin 5-ci bəndində Qazanpapaq Məhəmməd haqqında yazır: "Ümumiyyətlə,Bağırovun qəribə antisovet şəxslərlə dostluq əlaqələri müşahidə olunurdu:"bir cekist kimi mənə olar". Lakin 1932-ci ildə belə qüsurlu əlaqələrinəgörə onu işdən çıxardılar. Onun dostları isə - zəngin mülkədar Məşədi Əliİsmayılov, "onun həyatını xilas edən" Camal Mirzəyev, quldurQazanpapaq Məhəmməd (MK-nın qərarından sonra onu güllələdilər) və başqalarıyalnız Bağırovun himayəsi ilə sağ qalmışdılar. Son dərəcədə dəhşətlisi bu idiki, o, əksinqilabçı dəstə ilə hesablaşmağa tələsmir, cürbəcür yollarla onlarıqoruyurdu (bu ifadəni, bu deyimi yaxşı yadınızda saxlayın, bir azdan sözümüzolacaq), lakin iş bolşeviklərə çatanda, həddindən artıq diqqətli olurdu".

Tarixçi professor Adığözəl Məmmədov"Baş tutmamış çevriliş" ("EL-ALIiance", Bakı-2007) əsərində Qazanpapaq Məhəmməd və BəbirHüseynovun ölüm məsələsinə toxunaraq yazır:

"M.C.Bağırovun bütünsiyasi karyerasına kölgə salan və onu daim təhdid edən 1924-cü il aksiyasızamanı da T.Borşov sabiq Az.FK sədrinin yanında olmuşdu. "Borşov 1924-cüildə, Az.FK-nın İstintaq Əməliyyat şöbəsinin (İƏŞ) katibi qismində, leqallaşmış qaçaqlar Qazanpapağın və Hüseyn BəbirovunAz.FK-nın binasında qətlə yetirilməsinin ört-basdır edilməsində iştiraketmişdi. T.Borşov M.C.Bağırovun tapşırığı ilə Qazanpapağın və Hüseyn Bəbirovunqanuni əsaslarla - Az.FK kollegiyasının qərarı ilə güllələndikləri görüntüsüyaratmaq üçün Az.FK kollegiyasının 10 №-li protokolunu və digər sənədlərisaxtalaşdırmışdı" (3). T.Borşov, bədnam 1924-cü il epizodu iləM.C.Bağırovla bağlı olan və sonuncu tərəfindən 30-cu illərdə yüksək vəzifələrəirəli çəkilən yeganə şəxs deyildi. Həmin qətl hadisəsinin bir çox iştirakçılarıda T. Borşov kimi 30-cu illərdə də M.C.Bağırovla bir sırada addımlayırdılar.Hüseyn Bəbirovun qətlində bilavasitə iştirak etmiş S.Aksyonov-Şerbitski 30-cuillərin kütləvi repressiyaları zamanı xüsusilə fərqlənmişdi. O, 1937-ci ildə XəzərGəmiçilik İdarəsinin işçilərinə qarşı istintaq əməliyyatlarına rəhbərlik edən şəxslərdənbiri olmuşdu.

Qeyd olunan qaçaqların amansızqətlinin birbaşa iştirakçısı olmuş P.Qavrilov da M.C.Bağırovun Azərbaycan rəhbərliyindəolduğu dövrdə artıq XDİK sistemində yüksək vəzifə tutmuş, 1936-1937-ci illərdə150-dən artıq adamın qətli və həbsi ilə nəticələnən, "Əli Bayramlıda əksinqilabiüsyan təşkilatı" adlı təxribatçı planın əsas təşəbbüskarı olmuşdu".

Bütün bunlar Qazanpapaq Məhəmməd və onun çox yaxın çevrəsində- ailə üzvləri arasında eşitdiklərim, kitablardan oxuduqlarım, arxivlərdən öyrəndiyim həyat həqiqətləridir.

***

1991-ci ilin oktyabr ayında Azərbaycantarixi müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrə, o cümlədən qonşuİran və Türkiyəyə gediş-gəliş asanlaşdı. Vaxtı ilə Qazanpapaq Məhəmmədin dəstəüzvlərindən olan, adlı-sanlı Qacaq Poladın nəvəsi Kamandar babasının sorağı iləİrana bir neçə dəfə səfər etmişdi. Bu gediş-gəliş zamanı Bərdənin Boyəhmədli kəndindən,Qazanpapaq Məhəmmədin ailəsini yaxından tanıyan Kamandar Qazanpapaq Məhəmmədinnəticəsi Namiqə deyir ki, İsfahanda mənə dedilər ki, Bərdənin Boyəhmədli,Alpoud kəndində bizim qohumlarımız var, atanın, əmilərinin, bibilərinin və digərqohumlarının adlarını söylədilər.

"Yəqin kiminləsə adoxşarlığı var, səhv salıblar" - deyə, bu mesaja o qədər də əhəmiyyət vermədi.Amma məsələ gələndən-gedəndən bir neçə dəfə eşidiləndə Namiqin böyük qardaşı Slavik deyir ki, İrana gedib həminailə ilə görüşəcəm, görüm bu, nə söhbətdir. Slavik 2014-cü ilin yazında gedir İsfahana, soraqlaşıb Kamandarın verdiyi ünvanı, ailənitapır.

Yaxın qohum-əqrəba yığılırSlavikin başına. Söhbətlər, xatirələr bir-birini əvəzləyir.

Ən böyük həqiqət isə hər iki tərəfinqoruyub saxladığı şəkilləri yan-yana qoyanda məlum olur ki, Slavikin babası -boyəhmədli Qazanpapaq Məhəmmədlə şahanşahlı Məhəmməd Şirin oğlu eyni adamdır. MəhəmmədŞirin oğlunun Şahanşahda 6 övladı olub: böyük oğlu Məşədi İbrahim 1928-ci ildə,qızı Xeyransa 1929-cu ildə, Cəfər 1930-cu ildə, Güllər 1931-ci ildə, Fərzad1932-ci ildə, Mikayıl 1936-cı ildə anadan olub.

Bu məsələni buradaca alpoudluQazanpapaq Məhəmmədlə şahanşahlı Məhəmməd Şirin oğlunun mübarizələrlə dolu həyathekayəsinə şahidlik edən o illərin, müasir oxucuların ixtiyarına buraxırıq.

Ailənin sonbeşiyi Mikayıl Yüzkəndlideyir ki, İsfahan mahalında Məhəmməd Şirin oğlu kimi tanınan atam 1962-ci ildəqəflətən xəstələndi, ömrünün son günlərində anamı və övladlarını yanına çağırıbvəsiyyət etdi, çox çətinliklə dedi: "Mən indiyə kimi gizli saxladığım birsirri sizə açacam. Yoxsa bu dünyadan rahat köçə bilmərəm. Mən əslən Arazın otayından, Qarabağdan - Bərdə rayonunun Alpoud kəndindənəm. Bu tərəfə 1924-cüildə keçmişəm. Bərdədə mənim ailəm olub, həyat yoldaşımın adı Mina,oğlanlarımın adı Cəfər, Mikayıl, qızımınadı Xeyransadır. Oğlanlarımın adını buradakı oğlanlarıma, qızımın da adını qızımaqoymuşam. Onlar mənim həyatda olduğumu bilmirlər, buradakı varlığımdan məlumatsızdırlar.Dünyanın işini bilmək olmaz, vaxt gələcək zaman dəyişəcək, ara açılacaq, ondaonları axtarıb taparsını. Qoy onlar da sizi tanısınlar..."

Biz də atamızın vəsiyyətinə görəsizləri axtarırdıq, şükür ki...

***

Xatirələrdən məlum olur ki,Qazanpapaq Məhəmməd 1924-cü ildə Arazı keçərək İranın Xudafərin yaxınlığındakıZərnə kəndinə getmiş, sonra İsfahan mahalının Şahan qəsəbəsinə köçmüşdür. Oradahamı onu ailəsiz, evsiz-eşiksiz kimi tanıyıb. Balabəyim xanımla ailə quranda 45yaşında olub.

Qazanpapaq Məhəmmədin İrandayaşayan 80 yaşlı oğlu Mikayıl Yüzkəndli ilə 2014-cü il noyabrın 22-də Bərdədəgörüşəndə dedi ki, mən uşaq olanda hər yerdə, hər evdə söhbət gedirdi ki, xalqhərəkatı genişlənir, Milli hökumət qurulur.Xalq hərəkatının rəhbərləri yaxın şəhərlərdə, kəndlərdə camaatı, məmurları,ağsaqqalları-qarasaqqaları bir yerə toplayıb kəndə nümayəndə təyin edirlər.1941-ci ilin payız ayı idi, səs yayıldı ki, "Meydan" deyilən əraziyəgəlin, yeni hökumət qurulur. Hamı yığıldı "Meydan"a, mən də oradaidim. Əvvəl qonşu kənddən bir nəfər ağsaqqal qısaca danışıb dedi ki, sözü AzərbaycanDemokratik Firqəsinin rəhbəri Seyid Cəfər Pişəvəriyə verirəm. Həmin adam da"Meydan"a nə səbəbə yığıldıqları və gəlişləri barədə xeyli danışdı.Sonda bildirdi ki, qurulan təzə hökumət bu kəndin firqə rəhbərliyini, əli iləözündən iki adam sağda dayanan atamı göstərərək, sizin yaxşı tanıdığınız MəhəmmədŞirin oğluna tapşırır.

Bundan sonra Pişəvəri, bir neçənəfərlə, bizə tez-tez gələrdi. Evdəki görüşlər, söhbətlər gecə yarıyadək davamedərdi. Yeni quruluşu camaat canla-başla dəstəkləyirdi. Milli hökumətyaradılmasına nail olunmuşdu. Siyasi mühit əsasən yeni hökumətin əlində idi.İranın cənubunda isə ingilislərin təsiri güclü idi. Ölkənin parçalanma ehtimalıyüksək idi. Yeni hökumət qısa müddətdə böyük quruculuq işləri aparmasınabaxmayaraq, onun başı üstündə qara buludlar dolaşmaqda idi.

1947-ci ildə Seyid Cəfər PişəvəriGəncədən Bakıya gələndə Yevlax yaxınlığında qəflətən avtomobil qəzasındadünyasını dəyişəndən sonra kəndimizdə yeddi aya yaxın davam edən qayda-qanunlarda dəyişdi.

1924-cü ildə Mir CəfərBağırovun tapşırığı ilə "öldürülən", NKVD kəşfiyyatçısı ŞerbitskiSergey Mixayloviçin dediyi kimi, "üçlüyün" qərarı ilə güllələndiyi sənədləşdirilən Azərbaycan milliazadlıq hərəkatının öncüllərindən olan Qazanpapaq Məhəmməd Şirin oğlu əslində,1965-ci ilin martında dünyasını dəyişib. Məzarı İsfahan mahalında, Arazınyaxınlığındakı Zərnə kənd qəbiristanlığındadır.

Ömrünü xalqının azadlığı, ölkəsininmüstəqilliyi uğrunda mübarizəyə həsr edənxalq qəhrəmanı Qazanpapaq Məhəmmədin o taylı-bu taylı övladları indi istədiklərivaxt bir-birinə qonaq gedir, can deyb-can eşidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.