adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2020 16:57
43856
LAYİHƏ

"MƏNƏ İRANDA ŞİRİN OĞLU MƏHƏMMƏD, QARABAĞDA QAZANPAPAQ MƏHƏMMƏD DEYƏRLƏR..."

(əvvəli ötən saylarımızda)

Hətta Qəza milisinin rəisiQazanpapaq Məhəmmədin təklifi ilə bacısı oğluQaçaq Alısöyün də üzə çıxmışdı.O, 1922-ci ildən milisə işə götürülmüş, otryad başçısı kimi Gəncəbasarda- əsasən də Samux və Şəmkir ərazilərində qaçaqlara qarşı vuruşurdu. Bu barədə Qarabağda hər yerdə, hər evdə danışılırdı.

Kəndbəkənd məclislər söhbətinəçevrilən bu dostluğun qorxusundan ermənilər istədiklərini həyata keçirəbilmirdilər. Odur ki, Qazanpapağı rəhbərin gözündən salmaq üçün hiylə işlədirlər.Ermənilər qonşu Göyüşlü kəndində atdan yıxılaraq, möhkəm əzilmiş, qolu-qıçısınmış bir nəfəri dilə tuturlar, xeylipul gücünə Allah-allahnan gətirirlər iclasa. Nə məqsədlə gəldiyini heç kiməbildirməyən "şikayətçi" iclasda söz alıb M.C.Bağırova deyir: -Göyüşlüdə suçu Əlini, Boyəhmədlidə firqəçiMəcidi Qazanpapaq gözlərimin qarşısında haqsız yerə güllələdi. Mənim özümü dədöydü, qolumu-qıçımı sındırıb bu günə qoydu.

Bundan bərk əsəbiləşənM.C.Bağırov qarşısındakı qırmızı örtüklü stolun üstündəki papkanı acıqlı-acıqlıqatlayıb, sağollaşmadan iclası yarımçıq tərk edir.

1924-cü ilin payızında, xoşagəlməzsonluqla nəticələnən bu iclasdan bir neçə gün sonra Mir Cəfər BağırovQazanpapaq Məhəmmədi Bakıya çağırtdırır. Xəbər çatan günü Qazanpapaq gəlirM.C.Bağırovun yaxın dostu Camal bəyin yanına, məsələni ona danışır. Əlavə məlumatöyrənmək istəyinə nail ola bilməyəndə deyir:

- Sabah gedirəm Bakıya, amma buçağırışdan ağlım bir şey kəsmir...

Qazanpapaq Məhəmməd oradanbirbaşa gəlir Boyəhmədliyə evinə, əynini dəyişir, bir neçə dost-tanışla gedir kəndinətrafındakı dəyirman daşı deyilən əraziyə, orada şəkil çəkdirir və deyir ki,"Mən gedirəm, güman ki, qayıtmayacam, qoy şəklim bu yerlərdən son yadigarolsun". Yola düşməzdən qabaq Məhəmməd bacısı Gülləri yanına çağırıb əlindəkiyazılı vərəqləri ona verib deyir: "Bunları bərk saxla, bizim bölgədən olanMüsavat üzvlərinin siyahısıdır (siyahıda 75-ə yaxın adamın adı olur). Dara düşsənonlardan birinə de, sənə kömək edəcəklər". Sonra da ailəsi ilə xudahafizləşir,yaxın silahdaşlarından Namazali ilə Əlini də özü ilə götürüb gedir Bakıya,respublikanın birinci şəxsinin qəbuluna.

Bakıda söhbət zamanıM.B.Bağırov ona deyir:

- Bolşeviklər hər yerdə qələbə çalır. Amma Astarada Aslanadında bir quldur var, orqandan gizlənir, hökumətə tabe olmur. Sən bu sahədə səriştəlisən, özünlə kimi istəyirsən götür, məndə bir neçə adam sənə qoşaram, Astaraya gedib onu tərkisilah edəsən.

Tapşırığa əsasən cənub bölgəsinəyaxşı bələd olan astaralı məşhur qaçaq Bəbir Hüseynov, Qazanpapaq, Namazəli və Əlinigeyimlə, silahla, pulla təmin edib, Astaraya yolla salırlar. Uzun axtarışdan sonra Qazanpapaq Məhəmməd Qaçaq Aslanı sərhədyanı meşədə tapır, balacabir gölün kənarında görüşür, tonqalbaşında uzun-uzadı söhbət edirlər.

Qazanpapaq Məhəmməd mərd adamidi, gəlişinin səbəbini Qaçaq Aslana mərdi-mərdanə açıqlayıb deyir ki, Şurahökuməti gündən-günə güclənir, üzə çıx, mən zamin duracam, sənə heç nə etməzlər.Əgər tabe olmasan, işarə verir ki, ya mən öldürməliyəm səni, ya da sabahyanımdakılar. İstəyirsən keç İrana, bir müddət orada yaşa, sonrasına baxarıq.

Bir aya yaxın Astara meşələrində"axtarışda" olan Qazanpapaq Məhəmmədbundan sonra Bakıya qayıdır, mehmanxanada yer götürür, birbaşa NKVD-yə gəlir.Namazəli ilə Əli mehmanxanada qalır, Qazanpapaq Məhəmməd isə gəlirM.C.Bağırovun qəbuluna. Lakin M.C.Bağırov onu qəbul etmir. Məhəmməd qayıdırmehmanxanaya, yoldaşlarının yanına.

M.C.Bağırovun tapşırığına əsasənBakıdan çıxandan Qazanpapaq özü nəzarətdə imiş. Dəstənin içərisində NKVD işçisiAksyanov - Şerbitski Sergey Mixayloviç bu söhbəti Mir Cəfər Bağırova olduğukimi çatdırır. O, Astara "axtarışlarından" 22 il sonra - 1956-cı ildəM.C.Bağırovun məhkəməsində şahid qismində ifadə verərkən deyir: "Mən bubarədə Nikolayevin yanında Bağırova məlumat verdim. Bu əməliyyatın əhəmiyyətsizliyi,Qazanpapaqla, Bəbir Hüseynovdan Aslanı ələ keçirmək üçün istifadənin heç bir nəticə verməyəcəyi barədəöz rəyimi bildirdim".

NKVD kəşfiyyatçısı, şahidŞerbitski Sergey Mixayloviç ifadəsində daha sonra deyir: "O vaxt Bağırov dedi ki, Qazanpapağı və BəbirHüseynovu aradan götürmək, yəni, məhv etmək lazımdır. Bağırovun, onları nə üçünistintaqsız - məhkəməsiz öldürmək qərarına gəldiyini bilmədim. Bağırov onu dabildirdi ki, həmin hadisəni, onlarınguya "üçlüyün" qərarı ilə güllələnməsi kimi sənədləşdirmək lazımdır.

Bundan sonra axşam mən AzərbaycanFK-sına gələn zaman otaqların birində Bəbir Hüseynova rast gəldim. O, mənə dediki, Qazanpapaq və iki yoldaşı Bakıda "Təbriz" mehmanxanasındadır,onların pulu tükənmək üzrədir. Hikolayevlə məsləhətləşib Bəbir Hüseynovu və Qazanpapağı elə həmin axşam FK-nın binasındaöldürməyi qərara aldıq.

Yadımdadır, Bəbir Hüseynovuikinci mərtəbədəki otaqlardan birindəyerləşdirdim. Sonra "Təbriz"mehmanxanasına gedib Qazanpapağı gətirdim və onu da başqa bir otağa saldım.

Qazanpapağı və Bəbir Hüseynovuöldürmək üçün adamlar ayrılmışdı: Vasili Suxanov, Qavrilov, Avlaseviç,Şahverdiyan. "Əməliyyata" Nikolayev rəhbərlik edirdi. Biz Qazanpapağınolduğu otağa hücum edib onun başını daşla əzdik. Elə həmin vaxt o biri dəstə BəbirHüseynovu boğub öldürdü.

Onları öldürəndən sonramehmanxanaya gedib Qazanpapağın o biri iki yoldaşını da götürdük, şəhərdən kənarbir yerdə güllələdik.

Qazanpapaq, Bəbir Hüseynov vəonların iki yoldaşı "üçlüyün" qərarı ilə güllələnmiş kimi qeydəalındılar.

Bundan təqribən iki ay sonramal otaran kəndlilər "ÇK"-ya xəbər verdilər ki, quldur Aslan Bakı ətrafındakıdağlarda peyda olub. Onu da "ÇK" əməkdaşları aradan götürdülər".

***

Qazanpapaq Məhəmmədlə Astarayagöndərilən əlavə dəstənin tərkibində M.C. Bağırovun yaxın dostu, ağdamlı Camalbəyin oğlu - o vaxtlar Şəkinin, Ağdamın milisrəisi vəzifəsində işləmiş Cəmil Mirzəyev də olub. ÇK-da Qazanpapaq Məhəmmədintaleyi "həll olunan" günlərdə M.C.Bağırov Cəmil Mirzəyevi yanınaçağırıb Qazanpapaq Məhəmmədin Astara meşəsində ocaq başında Qaçaq Aslanla olansöhbəti açıb danışmasını istəyir. Polis rəisi M. C.Bağırovun bu söhbətdən xəbərsizolduğunu zənn etdiyindən iştirakçısı olduğu "dost söhbəti" barədə rəhbərəheç nə demir və buna görə onu da həbs edirlər.

Qazanpapaq Məhəmmədin Bakı səfərindənsonra "yoxa" çıxmasından narahatlıq keçirən yaxınları onun axtarışınaçıxırlar. Bacısı Tükəzban anasından eşitmişdi ki, qardaşı Bakıya gedəndə həmişə"Təbriz" mehmanxanasına düşür. Odur ki, gəlir Bakıya, soraqlaşıb"Təbriz" mehmanxanasını tapır.

Mehmanxananın böyüyü ilə görüşərəkqardaşı Məhəmməd barədə maraqlanır. Mehmanxana işçisi bildirir ki, sonuncu dəfəMəhəmməd burada olanda iki nəfərlə - Əli və Namazalı adlı yoldaşları ilə"M-1" markalı avtomobilə minibgetdi. Onda məni qırağa çəkib"Dalımca gələn olsa, bu əmanəti ona varərsən" dedi, sonra da əliniatıb oturduğu stolun siyirtməsini çəkdi, Çar tərəfindən Qazanpapaq Məhəmmədəverilən qızıl ordeni dəsmala bükülmüş halda Tükəzbana uzatdı.

Qazanpapaq Məhəmmədin"yoxa çıxandan" sonra ailəsi və yaxınları çətinliklərlə üzləşir.Yaşlı adamların söylədiklərinə görə, 1932-ildə pambıq yığımı ərəfəsində Boyəhmədlikənd soveti sədrinin Minaya gözü düşür. Onu özünə ram etmk üçün gecə-gündüztarlada işləyən oğlunu "xalq düşməni"nin oğlu olduğuna, atasında qalma silah-sursatı gizlətdiyinə görə"Bərdə NKVD-sinin erməni əsilli rəisi Markaryanın əli ilə həbs etdirir. Bir ayayaxın döymədiyi məmur qapısı qalmayan Mina arvad axırda əri Məhəmmədin Mir CəfərBağırovla çəkdirdiyi şəkili götürüb gəlir NKVDrəisinin yanına, deyir ki, sənMir Cəfər Bağırovun dostunun oğlunu nahaqdan həbs etdirmisən, bu, rəhbərə hörmətsizlikdir.

Şəkli görüb qorxuya düşən ermənirəis tez-tələsik sovet sədri Mehralını çağırtdırır: "Ara, xatanı mandanuzax ela" deyib elə həmin axşam uşağı həbsxanadan buraxır. Lakin çətinliklərvə haqsızlıqlar burulğanında çabalayan Qazanpapaq Məhəmmədin yaxınqohumları, həyat yoldaşı və uşaqları 1938-ci ildə "Xalq düşməni"ninailəsi kimi şimali Qazaxstana sürgunolunurlar.

1922-ci ildə Gəncə Hərbiİnqilab Komitəsi tərəfindən milisə işə götürülüb və milis otryadlarındanbirinin başçısı olan Qazanpapaq Məhəmmədin bacısı oğlu Alıhüseynə qarşı da təqib və təziyiqlər başlanır. Hətta1928-1929-cu illərdə bütün mal-qarası, yaşadığı mülkü və digər tikililəri müsadirəedilərək yeni yaradılan kolxoza verilir.

Bolşeviklərin iç üzünə yaxşı bələdolan Alısöyün sürgünə göndəriləcəyini, ya da öldürüləcəyini yəqin etdiyindənqardaşı Nazarla silahlanır, ətrafına 70-ə yaxın adam toplayaraq, gedib samuxluQaçaq Məmmədqasımın dəstəsinə qoşulur vəyeni quruluşa qarşı mübarizəyə başlayır. 1931-ci ildə samuxlu Məmmədqasımsilahdaşları ilə Türkiyəyə qaçandan sonra Alısöyün təklənir. Ölüm-dirim savaşı 1933-cü ildə daha da şiddətlənir.Həmin ilin sonlarında Alısöyün silahdaşları ilə Yevlaxın Şahvəlilər meşəsindəerməni Davud Asaturovun dəstəsi tərəfindən mühasirəyə alınır və son nəfəsədəkdöyüşərək həlak olur.

Qazanpapaq Məhəmmədin Bakıdaölümü ilə bağlı fikirlərin təsdiqinə Azərbaycan Dövlət Siyasi İdarəsinin uzunillər əməkdaşı olmuş, kəşfiyyatçı İ.K. Əfəndiyevin 7 oktyabr 1953-cü ildəSov.İKP MK-nın birinci katibi N.S.Xuruşova ünvanladığı məktubda da öz əksini tapıb:

O, 11 bəndlik ərizəsinin göstəriş-bildirişhissəsinin 5-ci bəndində Qazanpapaq Məhəmməd haqqında yazır: "Ümumiyyətlə,Bağırovun qəribə antisovet şəxslərlə dostluq əlaqələri müşahidə olunurdu:"bir cekist kimi mənə olar". Lakin 1932-ci ildə belə qüsurlu əlaqələrinəgörə onu işdən çıxardılar. Onun dostları isə - zəngin mülkədar Məşədi Əliİsmayılov, "onun həyatını xilas edən" Camal Mirzəyev, quldurQazanpapaq Məhəmməd (MK-nın qərarından sonra onu güllələdilər) və başqalarıyalnız Bağırovun himayəsi ilə sağ qalmışdılar. Son dərəcədə dəhşətlisi bu idiki, o, əksinqilabçı dəstə ilə hesablaşmağa tələsmir, cürbəcür yollarla onlarıqoruyurdu (bu ifadəni, bu deyimi yaxşı yadınızda saxlayın, bir azdan sözümüzolacaq), lakin iş bolşeviklərə çatanda, həddindən artıq diqqətli olurdu".

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.