MƏMMƏD ARAZLA BAĞLI KÖVRƏK XATİRƏLƏR

Giriş
Çoxlarınaməlumdur ki, ustad şairimiz, Azərbaycan poeziyasının günəşi Məmməd Arazınsağlığında bizim bağ şairlər, alimlər, ziyalılar məskəni olub. Mənim xudmani"Ordubad bağı”ma zaman-zaman akademik Budaq Budaqov, akademik Vasim Məmmədəliyev,Məmməd Araz, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Musa Yaqub, Əjdər Xanbabayev, Məmmədİsmayıl, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Məmməd Aslan, Əşrəf Veysəlli,Çingiz Əlioğlu, İslam Səfərli, Zahid Alqayıtoğlu və bir sıra mötəbər alimlər,respublikamızın tanınmış şəxsləri və rəhbər işçiləri təşrif gətirmiş və məşhur"Məmməd Araz talvarı”nın altında çörək kəsib, çay içiblər. Bağ Ordubadın nadirmeyvələrindən sayılan - şərəli, tərəli,şəkəri armud, hülü, bir neçə növdə ərik, cənnət alması ağacları ilə zəngin idi.Hələ kəklikotusunu, baldırğanını və s. demirəm. İndi onlardan az miqdardaağaclar qalıb. Abşeron şoranlığı bu meyvələrin axırına çıxdı. Baxmayaraq ki,dostlarım Fikrət müəllim Sadıxov və Nurəddin Babayevin köməkliyi ilə mənim vəyaxın qonşunun bağı drenaj olunub.
Bağdaöz əlimlə calaq vurduğum ağaclar çoxdur. Onlardan ən dəyərlisi, mənim üçün ənqiymətlisi üç üzümü bir-birinə calayaraq aldığım üzüm növüdür ki, bunun daadını ustad Məmməd Arazın şərəfinə "Arazi” qoymuşdum. Digəri isə üç almanı bircır armud gövdəsinə calayaraq aldığım "Abşeron gözəli” idi.
Buradabir məsələni qeyd edim ki, mənim ustad şairimiz, yarım əsrlik dostum MəmmədArazla bağlı çoxlu acılı-şirinli xatirələrim var. Onların bir qismini bu dahiinsana həsr etdiyimiz "Haqqın var yaşamağa” və "Bu da belə bir ömürdü” kitablarındavermişik. Bu xatirələr isə heç yerdə dərc olunmayıb və dərc olunmayan neçə beləxatirə mövcuddur ki, onları da zaman-zaman gün işığına çıxarmaq niyyətindəyəminşallah.
"Abşeron gözəli” və namərd barmağı
Bualma ağacını çoxları görmüş və meyvəsindən dadmışdı. Şair Məmməd Aslan "Azərbaycan”nəşriyyatında, Məmməd Arazın baş redaktoru olduğu "Azərbaycan təbiəti”jurnalının redaksiyasında bu almadan akademik, dünyaşöhrətli alim Həsən Əliyevəverəndə, o gözlərinə inanmamışdı (Burada bir məsələni xüsusilə qeyd etmək istəyirəmki, görkəmli akademik Həsən Əliyev "Azərbaycantəbiəti” jurnalını yaratdıqdan sonra Məmməd Arazın həyatının ən çətin məqamlarındaböyük bir xeyirxahlıq göstərərək şairi bu jurnala baş redaktor gətirmiş və görkəmlişairimiz ömrünün sonuna kimi bu jurnala rəhbərlik etmişdir). Həmin saatSumqayıtın birinci katibi Şənlik Müslümova zəng edir Həsən Əliyev:
- Cəfərhəkimi tanıyırsan?
-Əlbəttə, şəhərimizin məşhur cərrahlarındandır. Mənim də üzərimdə xırda əməliyyataparıb.
-Bağında olmusanmı?
-Xeyir.
-Çox təəssüf. O, bağında elə bir növ alma yetişdirib ki, dünyada tayı olmaz. Mənbu axşam xaricə uçuram. İnşallah xaricdən qayıdan kimi gedərik həkimin bağına.
Busəs-səda bütün Sumqayıta yayıldı. Bunun canlı şahidləri o illərdə İcraiyyəkomitəsində müavin işləyən Təvəkgül Məmmədov, raykomun katibi Mələk xanımBayramova və ailəmiz idi. Amma mən bu hadisəni yazılı şəkildə gündəliyimdənbaşqa heç yerdə qeyd etməmişəm. Ancaq tarix ölməsin deyə indi yazıram. O illərdəOrdubadın İaşə idarəsinin müdiri işləyən, yaxın dostum Fikrət Mehdiyevi ŞəmsəddinXanbabayev işdən çıxarmışdı. Özü yanıma gəlmişdi Fikrətin. Elə oldu ki, bir günsonra mən Ordubada yollandım. Şəhərin özündə yox, Aza kəsiyində düşdüm.Qardaşım İbrahim məni qarşıladı. Vənənd kəndində müşavirə keçirən ŞəmsəddinXanbabayevin görüşünə getdik. Mən bir cavan oğlana dedim ki, Bakıdan gəlmişəm,katiblə vacib işim var. Yavaşca deyin ki, Cəfər həkim sizi maşında gözləyir.
Sağolsun, beş dəqiqə keçməmiş gəldi. Uca səslə:
-Ay Allah, gör kimlərlə məni görüşdürürsən?!
Hal-əhvaltutduq.
-Dadaş, səninlə işim var, - dedim.
Əhvalatıona danışdım. Bir an susdu. Sonra:
-Baş üstə, bərpa edərik, - dedi.
Çoxtəkid etdi ki, qalım, qonağı olum. Amma mən Sumqayıtda ağır xəstələrimin olmasısəbəbindən qala bilməyəcəyimi deyib, üzrxahlıq etdim.
Mənqardaşım İbrahimə dedim ki, Naxçıvana sürsün.
-Ay qardaş, Sumqayıtdan gələsən, qohum-əqraba ilə görüşməyib qayıdasan, adama nədeyərlər?! Bəs atamıza nə deyəcəm?
-Əhvalatı danış, qoy atam da məni bağışlasın. Allah qoysa bir həftədən sonra məzuniyyətəgələcəm.
-Ata sənə dörd quzu ayırıb.
-İnşallahgələndə o məsələlərə baxarıq. İndilikdə hamıya mənim salamımı çatdır.
Qardaşımməni Naxçıvana gətirdi. Təyyarənin uçmasına az qalmış, əlindəki sovqatbağlamasını mənə uzatdı, görüşüb ayrıldıq. Mən Bakıya uçdum.
Evə,sonra isə işə getdim. Evdə də, işdə də dedilər ki, Təvəkgül müəllim səniaxtarır. Zəng etdim.
-Hardasan, ay qardaş? - soruşdu.
-Böyük vətəndən bala vətənə getmişdim. Gözlənilmədən, plansız olduğu üçün sənədeyə bilmədim.
-Bilmirəm - dedi, - iki saatdan sonrabağda görüşərik. Yəqin ki, Ordubad lavaşı, pendiri gətirmisən? - əlavə etdi.
- Gətirmişəm,üstəlik təzə şor, təzə nehrə yağı...
BağaTəvəkgül müəllim, Mələk xanım və Fəzail Tağıyevlə birlikdə getdik. Bağa girəndəbalaca hovuzdakı balığa baxdım. Salam verdim. Təvəkgül müəllim hündürdən güldü.Mən əlimdəki çörəkdən biraz kəsib balığa atdım. Hazırlıq gördük. O vaxt bağevim birmərtəbəli idi, qabağında eyvan vardı. Süfrəni açdım, sonra:
-Qardaş, qoy biraz batırınc yığım, şorla ye, yaxşı olur.
Mələkxanım soruşdu:
-Batırınc nədi?
Təvəkkülmüəllim gülə-gülə:
- Səndağlar qızısan, sizin dağlarda, bağlarda bu göyərtidən bitməz, - dedi.
Onuda deyim ki, Sumqayıtdan bağa gələndə Təvəkgül müəllim mənə akademik HəsənƏliyevin Şənlik müəllimlə danışığının qısa xülasəsini anlatdı.
-Ay Təvəkgül müəllim, belə bir daxmaya akademik gələrsə, mən yerə girərəm, -dedim.
-Narahat olma, biz o məsələyə qayıdarıq.
Kərdiyəyaxınlaşanda ləkin ortasındaki "Abşeron gözəli” almasının budağının yerə dəydiyinigörüb duruxdum.
- Hə,niyə dayandın, qardaş?
Mənalma ağacını göstərdim. Dördümüz də elə bil lal olmuşduq. Alma ağacı iki il idiki, bar gətirirdi. Gördük ki, ağacın dibi qazılıb. Mən ağacın dibini eşdim, nəgörsək yaxşıdı?! Alma ağacını dibindən mişarlamışdılar. Onda bağın daş hasarıyox idi. Bir hissəsi məftillə, bir hissəsi isə taxta ilə hasarlanmışdı.Darvazası da yox idi.
Dördümüzdə fikrə getdik. Ağacın ətrafını genişləndirib baxdım ki, kəsilən yerdə barmaqendə qabığı qalıb. Ağacın ətrafını mişar daşı ilə bir cərgə hördük, peyinverib, dibinə su tökdük. Ağacın bar gətirən budaqlarının bir neçəsini kəsdik.Yanlarına taxtalar vurub budaqları bağladıq.
- İnşallah,qurumaz, - dedi Təvəkgül müəllim.
-Olan olub, amma görəsən bu işi hansı alçaq görüb?
Mələkxanım:
- Təvəkgülmüəllim, biz çox paxıl millətik. Birimiz qalxmaq istəyəndə tez ayağından tutubaşağı çəkirik. Eşidiblər ki, bağa akademik Həsən Əliyev gələcək, paxıllıqdan buişi görüblər.
Düzümən elə ağladım ki...
-Biz indi Şənlik müəllimə nə deyək?
Hamımızsusduq. Mən dilləndim:
-Bir gün öncə mən Şənlik müəllimdən icazə alıb Ordubada getmişdim. Deyək ki, Cəfərhəkimin dostları yığışıb gəliblər bağda ad günü keçirməyə. Hamısı yeyib-içib.Axşam gedəndə samovarın qaynar suyunu bilmədən alma ağacının dibinə töküblər.Ağac da bu hala düşüb.
-Ağıllı məsləhətdi - dedi Təvəkgül müəllim. - Mən elə bilirdim ki, "pinəçilik”dənbaşqa sənin əlindən bir iş gəlmir, - əlavə etdi.
Fəzailmüəllim əsəbi halda başını bulayaraq:
-Ay həkim, buna görəsən hansı namərd qıyıb? Bilsəm, vallah... - dalını gətirmədi(Fəzail müəllim Yardımlı rayonundan idi.Çox yaxşı dost, mülayim kişi idi).
- Təxminibilirəm. Bu bağa çox gəlib-gedib o adam. Onu da öyrədən var, mənim Allahım onaqənim olacaq inşallah (İnanın, aradan bir ay keçmədi ki, həmin adamı ticarətdəyeyinti olduğuna görə tutub zindana saldılar, 3-4 il yatdı). Amma mən bu adamınkim olduğunu heç kimə demədim. Abşeron gözəlinin taleyi bununla bitdi.
Həminqurumuş alma ağacını bağın başında çəpərə bağlamışdım. Hər dəfə gedib onabaxardım. Bəzən gözlərimdən yaş da axardı... Həyat yoldaşım Ləyaqət xanım bunuhiss edəndən sonra qurumuş alma ağacını bacıoğlum Babaşın əlilə bağdançıxartdırır...
Məmməd Araz talvarı və "Arazi” üzümü
Buüzüm 3 il ərzində o qədər şaxələndi ki, bütün Məmməd Araz talvarının üstünüötrdü. Hər dəfə şair gələndə onun altında oturardı. Oktyabr ayı idi. Baxdım ki,üzümün yarpaqları saralır. Dibini boylama qazdım və at peyini tökdüm. Sonraşaxlarını budadım. Nə etdimsə kömək olmadı. Bu ağacı hamıya qısqanırdım. İstəmirdimçox olsun. Bağın digər bir yerində calaq etmədiym üçün özümü heç vaxtbağışlamıram. Yadıma düşəndə özüm-özümü çox qınayıram. Noyabr ayının axırlarıidi. Ləyaqət xanıma dedim ki, Məmməd Arazın başında nəsə bir iş var. Bax,baldırğan qurudu, kəklikotu yox oldu. Heyva ağacına calaq etdiyim sini armudhanı?
Dediki, qoca-qoca danışma, hər şey yaxşı olar.
Ürəyimdə"bu qocalıq da bir bəla olub boğazımdan yapışıb mənim” dedim...
...Birgün Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım müəllimə mənə dedi:
- Cəfərqardaş, o gün Məmməd məndən soruşdu ki, Gülü, bu il Cəfər bizi niyə bağa dəvətetmir görəsən? - Dedim ki, darıxma, onun işi başından aşır. Sənə nə var,qabağında pürrəngi çay, kağız-qələm, gecə-gündüz sözlərlə məşğulsan. Amma Cəfərqardaş amansız xəstəliklərlə ölüm-dirim savaşındadı.
Birdəfə Məmməd Araza baş çəkməyə gedəndə Gülxanım bacı bunun səbəbini bir daha məndənsoruşdu:
-Bacı - dedim - dərdim böyükdü, sonra danışaram...
Birpayız günü meynənin üstündə olan üzüm salxımları büzüşməyə, gilələnib tökülməyəbaşladı...
...1dekabr 2004-cü ildə mənə görə dünya məhvərindən oynadı, günəş batdı, sularaxarını dayandırdı, dənizin dalğaları özlərini dağa-daşa çırpdılar. Göydən yerəqar əvəzinə daş ələndi, içim zədələndi. Məmmədim bizləri tərk edib, Allahın dərgahınayön aldı...
MənLəyaqət xanıma:
-Gördün, qocanın sözü göyərdi. "Arazi” üzümünün nağılı da burda bitdi.
Bağda bir gün və yaxud bir şeirin taleyi
İlləröncəsi, bağın allı-güllü vaxtında dostlarla Məmməd Araz talvarının altında əyləşibsamovar çayı içirdik. Samovardan söhbət düşmüşkən, onun da tarixçəsinidanışmaqda fayda var məncə. Bu gün də bizdə olan dəyirmi samovarı vaxtiləSumqayıtda həkim işləmiş Adilə xanım Aslanova ad günümdə mənə bağışlamışdı.Ustad Məmməd Araz haqqın dərgahına qovuşandan sonra işlətməmişik bu samovarı.Deyilənə görə bu samovarı general Mehmandarov sabiq nazir Süleyman Vəzirovabağışlayıb. Mehmandarova isə şah Qacar nəslindən miras qalıb. Süleyman Vəzirovda əmisinin nəvəsi Adilə xanıma hədiyyə edib... Nəhayətdə Adilə xanım tərəfindənmənə bağışlanılıb.
…Yeyib-içəndənsonra çay dəstgahı, sonra nərd oyunu başlandı. Məmməd Araz akademik BudaqBudaqovdan üzr istəyib mənim qolumdan tutdu:
-Qardaş, mənə bir kağız, bir də karandaş gətir. Ərizə yazacam. Deyəsən mənixaricə göndərmək istəyirlər.
Məntez gedib deyilənləri gətirdim. Şair gülümsədi:
-Bağda qələm yoxdu?
- Sənkarandaş dedin, mən də karandaş gətirdim da.
Boynumuqucaqladı:
-Eybi yox, qoy qalsın. Onsuz da bacın üzünü köçürəcək, - dedi. - Qardaş, çox sağol, mənim nazımla bu qədər oynayırsan, - əlavə etdi.
- Məmməd,- dedim, - Bizim atalarımız, babalarımız səmimi dost olublar. Allah Hayvalı əmiyərəhmət eləsin. O olmasaydı bizim babalarımızın, atalarımızın səmimi qardaşlıq,dostluq münasibətlərini bilməyəcəkdik. Mən sənə nəsə edəndə bir rahatlıqtapıram, mənən də, ruhən də, cismən də dincəlirəm.
Bilirdimki, Məmməd ot biçimindən sonra ondan gələn ətri çox sevir. Odur ki, dünən bağınyoncasını biçib sərmişdim.
Məmmədinçarpayısını bağın ortasında, şəkəri armudla xurma ağacının altına qoymuşdum.Artıq şəkəri armud quruyub, ancaq xurma ağacı şahid kimi hələ də qalır. Əliniçiynimə qoydu:
-Yaxşı ki, varsan, qardaş, - dedi.
Mənonu qələm-kağızla baş-başa qoyub dostlara yaxınlaşdım. Əşrəf müəllim samovarakömür salırdı.
- Zəhmətçəkmə, baçıoğlu Babaşla Nadir (qaynım) o işlə məşğul olarlar, - dedim.
-Bu da bir məşğuliyyətdir, - cavabını verdi Əşrəv Veysəlli .
-Şair yəqin şeir yazır? - soruşdu.
-Yox, - dedim, deyəsən ərizə yazır.
Mənqonaqlardan xahiş etdim ki, yavaş danışsınlar, şair yatır. Onlar da mənim sözüməəməl etdilər. Çarpayı ağaclarla əhatə olunduğundan, görünmürdü. Təxminən 5-10 dəqiqədənsonra Məmməd bizə yaxınlaşdı.
Məmmədİsmayıl:
-Ayə,ay ustad, nə tez doydun ömründə doymadığın yuxudan?
Şairgüldü, ancaq dinmədi. Məni işarə ilə çağırdı. Dəftəri mənə gostərdi:
-Bunu elə yerə qoy ki, itməsin. Allah qoysa yaxınlarda gələcəm. Onda mənimyadıma salarsan.
-Baş üstə, - deyib, stolun üstündə olan şokalad qutusunu boşaldıb şairə uzatdım.Şair dəftəri öz əliylə qutuya yerləşdirdi.
- Gəlcəkdəbu ərizə poemaya çevrilə bilər, - dedi.
-Qardaş, bayaq dostumuz İsa Həbibbəylinin sağlığına badələr qalxdı. Sən dedinki, ondan bir şey xahiş etdim, sağ olsun, o da düzəltdi. Kimdi o?
- Kəndçimizdi.Dayısı mənim qardaşım qızı ilə evlənib.
-Lap yaxşı, sağ olsun İsanı. Gərəkli adamdı, yaxşı dostdu. Sən də mənə hey sözverirsən ki, Naxçıvandan gələndə bağa gətirəcəksən. Neçə dəfə Bakıya gəlibqayıdıb, ancaq bir dəfə də olsun gətirməmisən İsanı.
-İnşallah bir gün o da olar - dedi.
Mənqutunu aparıb qarajda bir yeşiyin içinə qoydum, üstünə də lazımsız əşyalardanatdım. Məmməd Araz ondan sonra tez-tez bağa gəlirdi. Ancaq nə onun, nə də mənimyadıma düşmədi bu dəftər.
1988-ciildə o bəlalı hadisələr başladı. Bir neçə il ərzində rus şovinstlərinin əli iləQarabağ işğal olundu, rayonlarımız bir-bir alınıb Ermənilərə verildi. Xocalıfaciəsindən sonra günlərlə gözümə yuxu getmədi. Başımın tükləri töküldü, saçımağardı. Yüz minlərlə qaçqın və didərgin Azərbaycanın rayonlarına səpələndi, HəmçininSumqayıt və Abşeronda məskunlaşdılar. Mir Məhəmməd ağanın məzarı QubadlınınMirilər kəndində məni gözlədi, yolları namərdlər bağladığından gedə bilmədim.Dostları, qardaşları bir-bir itirdim...
...2017-ciil dekabrın 1-də Məmməd Arazın məzarını Fəxri xiyabanda yad etdik. Mən də çıxışetdim. Dekabrın 2-də qarajda kəlbətin axtarırdım. Köhnə çadırı qaldırandaaltında bir qutu gördüm. Üstü lazımsız əşyalarla dolu idi. Ürəyimdə nə əcəboğlum Əsəd və bacıoğlu Babaş bunları tullamayıb dedim. Bağın o başında kimsəiki dəfə səbr gətirdi. Hansı yazıçınınsa sözü yadıma düşdü: "Səbr eylə, könül,bir gün gələr sən də şadlanarsan”. Qutunun üstündə olanları atdım, dəmir-dümürlərieşələdim. Birdən gözümə Məmməd Arazın dəftəri qoyduğu konfet qutusu dəydi.Keçmiş xatirələr gözlərim önündə canlandı. Qutunu açmaq istəyəndə çürümüş hissəəlimdə qaldı. Mən tez qarajdan bacıoğlu deyə müraciət etdiyim gözəl şairimiz, mənimbütün kitablarımın redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatınınsədri, Əməkdar jurnalist Rafiq Odaya 3 dəfə zəng vurdum. İki dəfə mobiltelefonuna, bir dəfə isə işə. Cavab gəlmədi. Evlərinə zəng etdim. Həyat yoldaşıdedi ki, Cəfər dayı, əgər sizin telefonunuza cavab verməyibsə, deməli rəsmi tədbirdədir.Sonra yaxın dostum, gözəl şairimiz, Əməkdar mədəniyət işçisi Əşrəf Veysəlliyə zəngvurdum:
- Bəli,qardaş.
Hal-əhvaltutduq.
-Qardaş, - dedim, - vacib işim var, orda ol gəlirəm.
Sonra:
- Səndəböyüdücü şüşə varmı? – deyə soruşdum.
- Nəolub ki, Hacı?
- Gələrəmorda danışarıq, - dedim.
Mənxalam nəvəsi, Müşfiq qəsəbə məktəbinin direktoru Atakişiyə zəng etdim.
-Vacib işim var, zəhmət olmasa bağa gəl, - dedim.
Yarım saatdan sonra gəldi və biz birlikdə Əşrəfmüəllimin yanına getdik.
- Səntelefonla şəkil çəkə bilirsənmi? – soruşdum.
- Mənimtelefonumla çəkmək olmaz, köhnədi.
Mənməsələni danışdım.
-Qardaş, yadımdadı, - dedi Əşrəf müəllim.
Qapınıbağladı. Çürümüş qutunu ehmalca açdı. Tikə-tikə olmuş yazını stolun üstünədüzdüm. Burda mənim də günahım var idi. Qutunu götürəndə ehtiyatsızlıq üzündənçürümüş kağızların tikələnməsinə səbəb olmuşdum.
Böyüdücüilə baxdıq, Məmməd Arazın xətti idi. Əşrəf müəllim dedi ki, Hacı bu ərizədeyil, şeirdi. Başdan İsa, sonra Həbib sözünü oxuduq. İki saatdan çox çəkdibizim bu əməliyyatımız. Nəhayət ki, şeirin İsa Həbibbəyliyə ünvanlandığınıaydınlaşdıra bildik.
...Yazınıqutuya düzüb bağa gəldim. Hava açıq idi. Soyuq olsa da gün çıxmışdı. Əşrəf müəllimdemişdi ki, kağız bir saata kimi açıq havada qalsa pis olmaz. Məmməd Araztalvarının altında qutunu təzəcə yerə qoymuşdum ki, telefon zəng çaldı. Tanış gəlməyənbir kişi səsi idi:
-Əmi, Məmməd Arazın qardaşı qızı Rəhilə Elçin vəfat edib, Heydər məscidindəyik.
Düzüçox pis oldum. Hər şeyi unutdum, vərəqlər talvarın altında qaldı. Bir də Heydərməscidində - yas mərasimində qutu yadıma düşdü. Bir neçə dəfə evə zəng çaldım.Götürən olmadı. Axşam qayıdanda yağış yağırdı. Külək isə amansızcasına əsirdi.Əlimdə fənər bağı gəzdim. Ancaq boş qutunu tapa bildım. Bu da tarixi yazınınhavaya sovrulan sonu oldu...
Nəticə
Hərdənbağı gəzir, sənsizliyin ağrı-acısını yaşayıram. Bir an da olsun fikrimdənçıxmır, fikrimdə, düşüncəmdə, ruhumda cismimdə yaşayırsan, ustadım, dostum,qardaşım, həmdəmim Məmməd Araz. Və Rafiq Odayın illər öncə sənə həsr etdiyi bumisraları beynimdə təkrar-təkrar dolandırıram:
Butorpağı qarış-qarış gəzmisən,
Qadanalım, Məmməd Araz, bir də gəz.
Nəgörmüsən, inci kimi düzmüsən,
Qadanalım, Məmməd Araz, bir də düz.
Dedinmüşkül necələri ver mənə,
Sənyuxusuz gecələri ver mənə.
Görənvarmı ürəklərdə yer mənə? -
Qadanalım, Məmməd Araz, bu nə söz.
Zamanbizi körüyündə körüklər,
Səhər-axşamarxasınca sürüklər,
İstəyirsənacmı qalsın ürəklər? -
Qadanalım, Məmməd Araz, hələ döz.
Getdin...Ürəklərimizi ac qoyub getdin, USTAD!
Hacı Cəfər həkim QULİYEV,
AzərbaycanYazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
"Şöhrət”ordenli həkim-cərrah
Digər Xəbərlər

Azərbaycan Səfəvilər Dövlətinin orta əsrlərdə ilk dəfə olaraq XVI əsrin II yarısında İngiltərənin Moskva şirkəti ilə ticarət əlaqələri

ZİYALI ÖMRÜ

Ayaz Arabaçı: Bir qazi çay aparır iki fərarinin oturduğu masaya..
