"Vüsal 300" həbs edildi

"Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu barəsində əlavə ittiham verilib.
Adalet.az "Report"a istinadən xəbər verir ki, Vüsal Abbasova Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Bundan qabaq isə V. Abbasov Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ittiham olunurdu.
Xətai rayon Prokurorluğunun təqdimatı əsasında Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət Xətai rayon Məhkəməsinə daxil olub.
Hakim vəsatət və təqdimatı təmin edib. Qərara əsasən Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.
Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300"ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.
Onu da qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınların icarədarı kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.
Digər Xəbərlər

Həmin erməni bir il əvvəl müsahibə veribmiş... - VİDEO

Polis 15,2 kq narkotik aşkarlayıb

Həmkəndlisinin başını bədənindən ayırdı - Sabirabadda qətl

Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verdi

Toy karvanında qaydaları pozan sürücülər saxlanıldı

“Vüsal 300” barəsində cinayət işi başlanıldı - Ofisi möhürləndi

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
