“Mediaya vergi güzəştlərinin tətbiq edilməsi..." -Natiq Məmmədli
“Mediaya vergi güzəştlərinin tətbiq edilməsi bu sahənin inkişafına ciddi stimul olacaq”.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli deyib.
Qurum rəsmisi bildirib ki, bu gün Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsində medianın inkişafı baxımından çox mühüm bir qanun layihəsinin müzakirəsi olub:
“Belə ki, yaxın üç il ərzində audiovizual media subyektləri istisna olmaqla digər media subyektləri bütün vergilərdən azad olunurlar. Burada medianın gəlir, mənfəət və əlavə dəyər vergisindən azad olunmasından söhbət gedir”.
Məsələ ilə bağlı Medianın İnkişafı Agentliyi uzun zamandır ki, tədqiqatlar aparır və müxtəlif media subyektləri arasında sorğular həyata keçirib. Mediamız daim istəyib ki, ona dövlətin iqtisadi güzəştləri tətbiq edilsin. Nəhayət bu istiqamətdə addım atıldı və Vergi Məcəlləsinə dəyişiklik edilməsi layihəsi gəldi” - o qeyd edib.
N.Məmmədli vurğulayıb ki, dəyişiklikdən sonra çap və onlayn media subyektlərinə vergi güzəştləri tətbiq olunacaq:
“İqtisadçıların hesabalarına görə, burada 10 milyon manata yaxın güzəştdən söhbət gedir. Bu da dövlətin mediaya, azad sözə və pluralizmə dəstəyinin bir formasıdır”.
Digər Xəbərlər
17 Mart 2026 13:16
Media orqanlarının nəzərinə: Tələblər artırılır
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06
Bu hesabatda Azərbaycana dair qərəzli mülahizələr var - MEDİA
10 Mart 2026 12:33
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
06 Mart 2026 21:44
MEDİA bu səhifəyə xəbərdarlıq etdi
06 Mart 2026 17:26
Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır - MEDİA
05 Mart 2026 09:10
Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
04 Mart 2026 11:39


Bakı -°C

