Medianın İnkişafı Agentliyi bu sayta xəbərdarlıq etdi
Son dövrlər “News24.az” veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinməkdədir. Qeyd olunan media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməkdədir. Müvafiq veb-sayt bu gün dərc etdiyi “Çörək bahalaşdı” sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirib. Saytın lentində rast gəlinən “Dollar kəskin bahalaşdı” başlıqlı xəbər də bu qəbildəndir.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
Açıqlamada xatırladılır ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır.
“Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyirik”, - deyə açıqlamada vurğulanıb.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:12
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub - FOTOLAR
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30


Bakı -°C

