MEDİA-da Anım Günü ilə bağlı tədbir keçirildi - FOTOLAR
Saat 13:00-da Medianın İnkişafı Agentliyinin kollektivi tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Adalet.az-ın məlumatına görə, tədbirdə çıxış edən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı ilə Prezident, Müzəffər Ali Baş Komandan birliyinin bariz nümunəsi idi. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı.
Əhməd İsmayılov əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi yaratdığını qeyd edib, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının mediada işıqlandırılmasına hər zaman diqqətlə yanaşıldığını, onların göstərdikləri igidlik və şücaətin media vasitəsilə ictimaiyyətə çatdırılmasının uşaq və gənclərin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsində əhəmiyyətini vurğulayıb.
Tədbirdə Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubları keçdikləri döyüş yolundan bəhs edib, media nümayəndələri tərəfindən tarixi Zəfərimizə dair materialların hazırlanması və yayımlanmasının onlar üçün xüsusi mənəvi dəyərə malik olduğunu bildiriblər.
Digər çıxış edənlər tarixi torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

