02 Mart 2023 11:33
522
GÜNDƏM

Maya Quliyeva:  Heç olmasa bu dəfə erməniləri neprav çıxartmayın ...

Separatçı rejim iddia edir ki, guya Azərbaycan tərəfi atəşkəsi pozub ."

Qaqamın biri Almaniyada 220 ilə gedirmiş,Polis saxlayır ki ,sənədləri ver.

- Deyir sənədim yoxdu.

Polis deyir maşından düş , maşını yoxlayıram.

- Qaqam deyir olmaz içgiliyəm.

- Polis deyir , baqacı aç maşını yoxlayıram ..

Qağam : - Maşında meyid və narkotik var deyir .

Polis əlavə qüvvə çağırır ki , bə cinayətkar saxlatmışam.

Gəlib kişini maşından düşürüb uzadırlar yerə. Maşında yoxlama aparırlar , maşın tər- təmiz . Sənədlər qaydasında. Adamın içgili olmadığı da ortaya çıxır.

Gələn qrup öz yoldaşlarına deyir :- bu nə hoqqadır belə ?

- Qaqam yerdə uzanmış vəziyyətdə :- ona inanmayın , indi deyəcək maşını da 220 lə sürürdüm .

İndi bunnar Fatı dur , Fatı otur , Azərbaycan tərəfi atəşkəsi pozub demirlər ???

Azərbaycan Ordusu , yazıqdılar , heç olmasa bu dəfə erməniləri neprav çıxartmayın ...