19 Iyun 2025 09:40
96
GÜNDƏM

Böyük Qayıdışa dair layihələrinin hazırlanması ilə əlaqədar Komissiya yaradıldı

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihələrinin hazırlanmasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb.

Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Bundan əlavə, sərəncamla Komissiyanın tərkibində Strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə işçi qruplar yaradılıb və tərkibi təsdiq edilib.