adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Aprel 2024 16:50
1153
HADİSƏ

"Maşın bazarı"nda 4 mağaza yanıb - YENİLƏNİB

Xəbər verildiyi kimi, Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Adalet.az-ın məlumatına görə, yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

Digər mağazalar yanğından mühafizə olunub.

 

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğının geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib

 

14:40

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Adalet.az xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davan etdirilir.

***14:13

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Babək prospektində mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.

Adalet.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.