Masallıda hərbçiləri daşıyan maşın qəza törədib
Masallı rayonunda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 24-də saat 11.00 radələrində Ələt – Astara avtomobil yolunun şəhərin Seybətin dairəsindən keçən hissəsində qeydə alınıb.
Müddətdən artıq xidmət edən 1991-ci il təvəllüdlü Elçin Ələs oğlu Qocayevin idarə etdiyi Daxili Qoşunlara məxsus "QAZ-3108” markalı, 09-46 DQ dövlət nömrə nişanlı hərbçiləri daşıyan maşın Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Xalid Sultan oğlu Səlimlinin idarə etdiyi "VAZ-21154” markalı, 42 BK 168 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə "VAZ-21154”-ün sürücüsü və onun yanındakı sərnişin, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Toğrul Məmmədağa oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hərbçilərdən isə xəsarət alan olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra bəlli olacaq.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02