Hesablama Palatasına yeni səlahiyyətlər verilir
Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bu, "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək. Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.
Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
30 Iyun 2026 13:38
FHN təlim keçirdi - VİDEO
30 Iyun 2026 13:13
Qanunsuz onlayn qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir
30 Iyun 2026 13:13
Onlar 50% miqdarında ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər
30 Iyun 2026 12:56
Azərbaycanda bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
30 Iyun 2026 12:23
Yeni binadan ev və ya obyekt alanların diqqətinə! - Yeni qərar verildi
30 Iyun 2026 12:17
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
30 Iyun 2026 11:59
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri yeni modelə keçirilir
30 Iyun 2026 11:55


Bakı -°C

