Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olundu
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib.
Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.
Digər Xəbərlər
03 Aprel 2026 11:36
Side Antik Şəhəri: Tarix və turizmin qovuşduğu Aralıq dənizi incisi - FOTOLAR
01 Aprel 2026 10:42
Leyla Əliyevadan Rasim Balayevlə bağlı PAYLAŞIM
31 Mart 2026 17:31
Alim Qasımov Rasim Balayevlə xatirələrindən DANIŞDI
31 Mart 2026 12:11


Bakı -°C

