Macar nəşri TDT-nin Qəbələ Zirvə Görüşündən yazıb
Macarıstanın “Magyar Hírlap” qəzetində Baş nazir Viktor Orbanın bu yaxınlarda Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə Görüşündə iştirakı ilə bağlı məqalə dərc olunub.
Adalet.az xəbər verir ki, qəzet Macarıstanın türk ölkələri ilə əlaqələri ardıcıl şəkildə inkişaf etdirdiyini, Budapeştin Avropa ilə Şərq arasında strateji körpü rolunu bir daha təsdiq etdiyini qeyd edir. Nəşr xatırladır ki, hələ may ayında Budapeştdə keçirilən analoji sammitdə Orban Macarıstanın Türk dünyası ilə dərin tarixi və mədəni əlaqələrini vurğulamışdı. Baş nazirin sözlərinə görə, qlobal güc mərkəzləri dəyişir və Türk dünyası ölkələri “durğunluğun müşahidə olunduğu” Avropadan daha dinamik inkişaf edir. Orban enerji və ticarət sahələrində Şərq tərəfdaşları ilə əməkdaşlığın vacibliyini dəfələrlə vurğulayıb. Qəzet Baş nazirin çıxışından sitat gətirir: “Türk dostlarımız olmasaydı, Macarıstanın enerji təhlükəsizliyi bu gün qeyri-mümkün olardı”.
“Magyar Hírlap” 2024-cü ildə Baş nazirin Türk Dünyasının Ali Ordenini aldığını da xatırladır və qeyd edir: “Macarlar Şərq xalqlarının ən qərbində yaşayırlar. Biz iki dünyanı - Şərq və Qərbi birləşdiririk”.
Nəşrin yazdığına görə, Macarıstanın hazırkı kursu suverenliyi gücləndirmək, Aİ-nin qəbul etdiyi qərarlardan uzaqlaşmaq və Şərq müttəfiqləri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istəyini əks etdirir, həmçinin ölkənin Avropa ilə Şərq arasında vasitəçi kimi yeni rolunu formalaşdırır.
Digər Xəbərlər
07 Dekabr 2025 19:38
Əraqçi Azərbaycana gəldi - YENİLƏNİB
07 Dekabr 2025 15:33
"Azərbaycanla münasibətlərimiz çox önəmlidir" - İran XİN
07 Dekabr 2025 14:00
Azərbaycanın Asiya Məşvərət Görüşünə qoşulması regionları daha sıx bağlayacaq - Prezident
07 Dekabr 2025 13:36
Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - FOTOLAR
07 Dekabr 2025 11:38
Xalqlarımızı sülhə hazırlamalıyıq - Prezidentin köməkçisi
07 Dekabr 2025 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşdü
06 Dekabr 2025 18:02
İlham Əliyev BƏƏ-nin şirkət rəhbərlərini qəbul etdi - YENİLƏNİB
06 Dekabr 2025 16:16


Bakı -°C

