13 Oktyabr 2025 15:57
98
DÜNYA

ABŞ Prezidenti: İranın nüvə silahı əldə etməsinin qarşısını aldıq

İranın nüvə silahı əldə etməsinin qarşısını aldıq.

Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Knessetdə çıxışında bildirib.

ABŞ Prezident deyib ki, İranın nüvə obyektlərinin bombalanması qüsursuz şəkildə icra olunub.

“Biz İranın əsas obyektlərinə 14 bomba atdıq, onları məhv etdik və birlikdə dünyanın bir nömrəli terrorizm sponsorunun nüvə silahı əldə etməsinin qarşısını aldıq. Bu nüvə razılaşması ilə Yaxın Şərq üzərində qara bulud qalacaq. İran nüvə silahından iki aydan çox uzaqda idi. Pilotlarımız 22 ildir onları izlədiklərini və hücumu qüsursuz həyata keçirdiklərini deyib. Nüvə silahı İranın əlinə keçsəydi, biz bu gün burada olmazdıq”, - Tramp vurğulayıb.