Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi
Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, lotereya və idman mərc oyunlarının operatorlarına vergi öhdəliklərinin mövcud dövriyyədən 6% sadələşdirilmiş vergi rejimi saxlanılmaqla, GGR modeli üzrə vergi rejimini seçməklə bağlı hüququn verilməsi təklif olunur.
Qüvvədə olan Vergi Məcəlləsinin 102.1.26-cı maddəsinə əsasən lotereya və idman mərc oyunları üzrə əldə olunan uduşların 500 manatadək hissəsi gəlir vergisindən azad edildiyi, həmin məbləğdən artıq hissədən isə vergi tutulduğu üçün yüksək məbləğdə uduş əldə edən oyunçuların bir qisminin vergi öhdəliyindən yayınmaq məqsədilə qeyri-rəsmi mərc platformalarına üz tutması riski yaranır.
Bu baxımdan, qanuni fəaliyyət göstərən operatorların rəqabət qabiliyyətinin qorunması, oyunçuların lisenziyalı bazarda saxlanılması və qara bazarın payının azaldılması məqsədilə 500 manatdan yuxarı uduş məbləğlərindən tutulan 10 faiz dərəcəsi ilə verginin ləğv edilməsi (stimullaşdırıcı lotereyalardan əldə edilən uduşlar istisna olunmaqla) və ya bu sahədə vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
18 Noyabr 2026 12:04
Məqsədli büdcə fondları ləğv olunur
18 Noyabr 2026 12:03
Azərbaycanda bu dövlət rüsumu ləğv edilir
18 Noyabr 2026 11:48
Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
18 Noyabr 2026 11:46
Evini kirayə verənlərin nəzərinə: Gələn ildən...
18 Noyabr 2026 11:15
"Aqrar sektorda peşəkar kadr potensialına ehtiyac duyulur" - Nazir müavini
18 Noyabr 2026 11:03
Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO
17 Noyabr 2026 22:19
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
17 Noyabr 2026 18:28


Bakı -°C

