Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən, uzun illər sakinlər arasında Dəmiryol Xəstəxanası kimi tanınan tibb müəssisəsinin ərazisində söküntü işləri aparılır.
Adalet.az "ATV"yə istinadən xəbər verir ki, tibb müəssisəsinin yerində yaşayış binasının inşa ediləcəyi ilə bağlı iddialar yayılıb.
Bununla bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 21 avqust tarixli qərarına uyğun olaraq Dəmir Yollarının tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak artıq onların balansında deyil.
Məlumata görə, Mərkəzi Dəmiryol Xəstəxanası başqa bir dövlət qurumunun balansına keçib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:
“Sərəncama uyğun olaraq xəstəxananın ərazisində nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məxsus yeni infrastrukturun yaradılması nəzərdə tutulub”.
Qurumdan o da bildirilib ki, müvafiq infrastrukturun yaradılması, eləcə də xidmətlərin təşkili ilə bağlı ictimaiyyətə mərhələli şəkildə məlumat təqdim ediləcək.
Digər Xəbərlər
18 Noyabr 2026 12:04
Məqsədli büdcə fondları ləğv olunur
18 Noyabr 2026 12:03
Azərbaycanda bu dövlət rüsumu ləğv edilir
18 Noyabr 2026 12:02
Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi
18 Noyabr 2026 11:48
Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
18 Noyabr 2026 11:46
Evini kirayə verənlərin nəzərinə: Gələn ildən...
18 Noyabr 2026 11:15
"Aqrar sektorda peşəkar kadr potensialına ehtiyac duyulur" - Nazir müavini
17 Noyabr 2026 22:19
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
17 Noyabr 2026 18:28


Bakı -°C

