Azərbaycanda bu dövlət rüsumu ləğv edilir
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda Qanunun 18.66.1-ci maddəsinə əsasən, şəhadətnaməsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət baytarlıq rüsumu müəyyən edilib. Hər dəfə ödənişli əsaslarla şahadətnamələrin alınması sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü və digər xərclərə səbəb olur ki, bu hal da heyvan mənşəli məhsulların maya dəyərinə, habelə satış qiymətlərinə təsir göstərir.
Sözügedən qiymət artımının qarşısını almaq məqsədilə baytarlıq şəhadətnaməsinə görə təsbit olunan dövlət rüsumunun ləğv edilməsi məqsədəuyğun hesab olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
18 Noyabr 2026 12:04
Məqsədli büdcə fondları ləğv olunur
18 Noyabr 2026 12:02
Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi
18 Noyabr 2026 11:48
Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
18 Noyabr 2026 11:46
Evini kirayə verənlərin nəzərinə: Gələn ildən...
18 Noyabr 2026 11:15
"Aqrar sektorda peşəkar kadr potensialına ehtiyac duyulur" - Nazir müavini
18 Noyabr 2026 11:03
Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO
17 Noyabr 2026 22:19
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
17 Noyabr 2026 18:28


Bakı -°C

