Leyla Əliyeva "Yüksələn işıq" sərgisini ziyarət etdi - FOTOLAR
Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” adlı sərgisi açılıb.
Adalet.az xəbər verir ki, Leyla Əliyeva sərgini ziyarət edib.
Reza Deqati Leyla Əliyeva sərgi ilə bağlı ətraflı məlumat verib.
Qeyd edək ki, “Yüksələn işıq” sərgisi Reza Deqatinin (www.instagram.com/rezaphotography/) obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün bu sərgi səyahətin əsl mahiyyətini kəşf etməyi, ünsiyyəti və mədəniyyətlər arasında körpülər qurmaq gücünü ifadə edir. Reza Deqatinin fotoları müxtəlif taleləri və hekayələri bir-birinə yaxınlaşdırdığı kimi, aviasiya da məsafələri aradan qaldıraraq insanları və ölkələri birləşdirir. Bu sərgi səyahətin təkcə uçuşla deyil, həmçinin ilhamla başladığını xatırladır.
“Yüksələn işıq” sərgisi AZAL, “Boeing” və Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə tərəfdaşlığı ilə reallaşdırılıb. Bu tərəfdaşlıq “Azərbaycan Hava Yolları” QSC ilə “Boeing” arasında uzunmüddətli və strateji əməkdaşlığın bir hissəsidir, həmçinin müasir aviasiya texnologiyalarının tətbiqi, uçuş təhlükəsizliyinin və sərnişin rahatlığının artırılması, eləcə də Azərbaycanın qlobal aviasiya məkanındakı mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərgi insanları, məkanları və mədəniyyətləri birləşdirən görünməz bağlardan bəhs edir. Məhz bu baxış bucağı ilə AZAL Azərbaycanı dünya ilə qovuşdurur, səyahətləri sadə marşrutlardan kənara çıxararaq yaddaqalan, mənalı hekayələrə çevirir.
Digər Xəbərlər
10 Fevral 2026 13:45
Bu filmlərin istehsal xərcləri qismən geri ödəniləcək
10 Fevral 2026 13:45
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək
10 Fevral 2026 13:37
“Azərbaycanfilm” kinostudiyasında 15 nəfər işdən çıxarılıb
09 Fevral 2026 11:02
Kappadokiyada yeni kulinariya dövrü - FOTOLAR
09 Fevral 2026 10:41
“Azərsun Holdinq” “DaVinci Gourmet” ilə əməkdaşlığa başlayır - FOTOLAR
08 Fevral 2026 10:10
Gəncədə “İsi və Piti” animasiya serialının premyerası - FOTO
06 Fevral 2026 23:42
Leyla Əliyeva “Qış nağılı”nda - FOTOLAR
05 Fevral 2026 22:00


Bakı -°C

