QMİ-dən Həcc ziyarətinə getmək istəyənlərə ÇAĞIRIŞ
“Səudiyyə Ərəbistanın Krallığının Həcc və Ümrə nazirliyi Həcc ziyarəti üçün öncəlikli hazırlıqlar prosedurlarının daha erkən başlanması üçün ildən-ilə yeni işlər görür".
Adalet.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, bu il nazirlik dünyadakı bütün Həcc missiyalarına ötən ziyarətdən qısa müddət keçdikdən sonra növbəti Həcc ziyarəti üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib: "Müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan ayının sonunadək bitirilməsi bildirilir. Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyata alınsınlar.”
Vüsal Cahangirinin sözlərinə görə, qeydiyyata erkən başlanılmasına rəğmən, hər gün vətəndaşlar Həccə qeydiyyata alınmaq üçün müraciət edirlər: "Öncəki təcrübələrimzə görə demək istəyirəm ki, mövsümün sonunda xeyli vətəndaşlar gəlib Həccə getmək üçün müraciət edirlər, həmin ərəfədə artıq kvota tamamlanır və vətəndaş Həccə gedə bilmir. Həcc üçün niyyət etmiş zəvvarları gec qalmadan müraciət etmələrini tövsiyə edirik.”
Digər Xəbərlər
24 Noyabr 2025 12:23
Sabah 21 dərəcə isti olacaq
24 Noyabr 2025 10:44
Bu gündən qadın avtobus sürücüləri vəzifələrinin icrasına başlayıb
24 Noyabr 2025 09:52
Özünə şəhidlik arzuladı, əsir qadını azad etdi – Pəncəlinin ata evindən REPORTAJ - FOTOLAR
24 Noyabr 2025 09:06
Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salındı
23 Noyabr 2025 13:54
Sabahın hava proqnozu açıqlandı
22 Noyabr 2025 12:29
Prezident açılış etdi - FOTOLAR
22 Noyabr 2025 11:13
Leyla və Arzu Əliyeva Pəncəli Teymurovun ailəsini ziyarət etdilər - FOTOLAR
22 Noyabr 2025 09:40


Bakı -°C

