Harada gəldi avtomobil saxlamaq olmaz!
Bu gün Bakıda " dayanma"', " durma" qaydaları ilə bağli sürücülər çox narazılıq edir. Onlar deyirlər ki, taksi fəaliyyəti ilə məşğul olduğumuz üçün şəhərin müxtəlif yerlərindən sərnişin götürür, sərnişin düşürürlər.
Amma belə anda onlar çətinliklər yaşayır.Avtobus yolunda saxlamaq olmur, eləcə də qadağanedici nişanlar olan yerdə də dayanmaq olmaz! Bəs onda bu yazıq taksi sürücüsü maşını harda saxlasın ki, sərnişini düşürsün , yaxud da mindirsin! Bax elə əsas məsələ də elə budur! Sürücülər qanunu pozursa, 60 manat cərimə və 3 balla çəzalanır. Ona görə də , Yerüstü Nəqliyyat Agentliyi və eləcə də digər qurumlar bu barədə cıddi düşünməlidir.
Taksi sürücüləri üçün şərait yaradılmalıdır ki, onlar lazımi yerlərdə sərnişinləri düşürsün və mindirsin! Lakin səkidə sürücü avtomobili saxlayırsa, bunu görə, birmənalı olaraq cərimə olunmalıdır. Gərək sürücülər də birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etməlidir ki,qəzalar baş verməsin və nəticədə ölən , xəsarət alanlar olmasın!!!
Emil Faiqoğlu


Bakı -°C

