adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Iyul 2019 16:01
102001
MÜSAHİBƏ

Lənkəran teatrının direktoru:“Uğurlarımızı yeni mövsümdə də artırmağa çalışacağıq”

İyulun 16-da Lənkəran DövlətDram Teatrı Bəhram Beyzayinin "Senemar” faciəsi ilə özünün 128-ci mövsümünübaşa vurub. Redaksiyanın tapşırığı ilə teatrın direktoru Tofiq Heydərovla görüşübondan mövsümün yekunları və qarşıda duran vəzifələr barədə danışmasını xahişetdik. T.Heydərov dedi:

-Bəri başdan bildirim ki, mövsümü yaxşı nəticələrləbaşa vurmuşuq. Yaradıcı kollektivimiz ötən il noyabrın 20-dən 25-ə kimi İran İslam RespublikasınınHəmədan şəhərində keçirilən 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalındaölkəmizi təmsil etdi. Bu ənənəvi sənət yarışmasında yazıçı-publisist Əjdər Olun"Meşəbəyinin dostları" musiqili nağıl-tamaşası ilə məharətimizi ortayaqoyduq.

Uşaqlarda xeyirxahlıq,mərhəmət, ətrafdakılara köməklik göstərmək kimi nəcib hisləri aşılayan tamaşamızhaqqında İranın müxtəlif qəzet vəjurnallarında, radio və televiziya kanallarında, informasiya saytlarındaxəbərlər, məqalələr, resenziyalar verildi. Festival günlərində Ərdəbilvilayətinin Mədəniyyət və İrşadi İslam Baş İdarəsinin rəis müavini QəribMənuçehri, tehranlı teatr rejissoru Xeyrullah Təğiyənipur və digər tanınmışsənət xadimləri ilə görüşərək, yaxın gələcəkdə sənət mübadiləsinin vacibliyiməsələlərini müzakirə etdik.

Belçika, İtaliya, Almaniya,Türkiyə, Norveç, Hindistan, İraq, Fransa kimi ölkələrin təmsil olunduğufestivalın bağlanış mərasimində Lənkəran teatrının truppası münsiflər heyətitərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldı.


Onu da əlavə edim ki,Lənkəran teatrı 2017-ci ildə də İranın Həmədan şəhərində keçirilən 24-cüBeynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Azərbaycanı təmsil etmişdi.

-Tofiqmüəllim, son dövrlərdə İranla mədəni əlaqələriniz intensiv xarakter alıb...

-Tamamilə doğrudur. İran digərxarici ölkələrlə müqayisədə bizə həm məsafəcə, həm də milli dəyərlər baxımındançox yaxındır. Biz hələ təqribən beş il öncə İran İslam Respublikasının Teatr Başİdarəsi ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə dair momeriandum imzalamışıq. Bu sənəddə müştərəktamaşaların hazırlanması, festivallarda təmsil olunmaq, qastrol səfərlərinəgetmək, təcrübə mübadiləsi keçirmək və s. öz əksini tapıb. Momeriandumun şərtləridemək olar ki, hər iki tərəfin iştirakı ilə yüksək səviyyədə yerinə yetirilib.Bir neçə dəfə İran teatrlarının truppaları Azərbaycanda keçirilən festivallaraqatılıblar. Biz də öz növbəmizdə həm Tehranda keçirilən Beynəlxalq Fəcr Teatrfestivallarında, həm də Rəşt, Parsabad və s. şəhərlərdə qastrol səfərlərindəolmuşuq. Bir neçə gün öncə isə-iyulun8-dən 12-dək İranın Zəncan şəhərində keçirilən "El” Milli Teatr FestivalındaEmil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu "Sehrbazlar dərəsi”nağıl-tamaşası ilə iştirak edərək diplom və xatirə hədiyyəsi iləmükafatlandırıldıq.

Ötən dövrdə İranlı rejissorlar Xeyrullah Təğiyənipur və Qərib Mənuçehri teatrımızda truppamızın iştirakıilə iki tamaşa hazırlayıblar. Hər iki tamaşa yüksək dəyərləndirilib. Onlardan sonuncusu– B.Beyzayinin "Senemar” (quruluşçu rejissor Qərib Mənuçöhri) tamaşası ilə builin avqust ayının 12-dən 19-a kimi Tehran şəhərində keçiriləcək Milli ƏnənəTeatr Festivalında iştirak edəcəyik. Ümumiyyətlə qonşu ölkə ilə mədəniəlaqələrimizin bundan sonrakı dövrlərdə davam etdirilməsi məsələsini ilinsonlarında yenidən müzakirəyə çıxaracağıq.

-Tofiq müəllim, buyaxınlarda 1-ci Beynəlxalq Teatr Festivalına ev sahibliyi etdiniz.


- Festivalın təəssüratları çox güman ki, hələ uzunmüddət yaddaşlarımıza hakim kəsiləcək. MədəniyyətNazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləriİttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə"Dövlət Proqramı çərçivəsində iyunun 1-dən 5-ə kimi keçirilən bu tədbirə ölkəmizin 10 sənətocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət GəncTamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili DramTeatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı UşaqTeatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət KuklaTeatrı və müstəqil "Ol” Teatrı öz tamaşaları ilə qatılmışdılar. Beynəlxalqfestivalda, həmçinin Böyük Britaniyanın "Two Destination Language” Teatrı,Gürcüstanın "Azad” Teatrı, İranın "Muğan Hünər” və "Mika” teatrları, habelə"Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri öz məharətlərini nümayiş etdirdilər.Şadıq ki, bütün sənət kollektivləri yaratdığımız şəraitdən razı qaldılar.

-Bəs mövsüm ərzində hazırladığınız tamaşalarbarədə nə deyə bilərsiniz?

-Hər dəfə olduğu kimi, cari mövsümdə də repertuar planımız zəngindir. HəmQərbi Avropa, həm də milli dramaturgiyamıza müraciət etmişik. Bunlardan ƏzizNesinin "Manyak”, T.Abdullayevin "Tilsimlənmiş qız”, M.Bayciyevin "Şənbə axşamı”və B.Beyzayinin "Senemar” tamaşalarını artıq sənətsevərlərin ixtiyarınavermişik. Yaxın vaxtlarda serb dramaturqu M.Bulatoviçin "Qodo gəldi”,V.Əlixanlının "Dənizə baxan pəncərə” əsərlərini də tamaşaya hazırlamağıplanlaşdırmışıq. Görkəmli Azərbaycandramaturqu Cəfər Cabbarlının 120 illik yubileyinə töhfə olaraq onun "VəfalıSəriyyə” əsərini Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artistiFirudun Məhərrəmovun quruluşunda tamaşaçılara təqdim edəcəyik.

Fürsətdən istifadə edib kollektivimiz adından Ulu Öndər Heydər Əliyevinlayiqli varisi Prezident İlham Əliyevə təşəkkürümüzü çatdırmaq istəyirəm. Cariildə ölkə başçısı 11 mart 2019-cu iltarixli Sərəncamı ilə teatr işçilərinin əmək haqlarını fərqli dərəcədə artırmaqlayaradıcı insanlara olan sonsuz qayğı və diqqətini bir daha nümayiş etdirdi. Bizdə öz növbəmizdə daha yaxşı işləyəcək, uğurlarımızı yeni mövsümdə də artırmağaçalışacağıq.

Müsahibəni apardı:

Ağaddin BABAYEV,

teatrşünas.