Nigar Carullaoğlu: “Orada bütün zəngin insanları təhsilin inkişafına cəlb edirdilər”
Müsahibimiz Türkiyə Cümhuriyyəti Erciyes Universitetinin professoru, “Doğuda ve Batıda İnsan ve Şahsiyet” kitabının müəllifi,
Fəlsəfə elmləri doktoru Nigar Carullaoğludur. Müsahibimizlə iki ölkənin təhsilindən və bu ölkələrin mədəniyyətindən danışdıq:
-Azərbaycanda doğulub, yaşamısınız. Pedaqoq kimi Türkiyədə çalışmağınız sizin üçün çətin oldu?
-Mən Türkiyəyə gedəndə 60 yaşım var idi. Ömrümün böyük bir hissəsini vətənimdə yaşayandan sonra qardaş ölkəyə köçmək əlbəttə, heç də asan olmadı. Təxminən 2-3 il adaptasiya dönəmi keçirdim. Paxtaxt Bakıda yaşayıb, böyüyən bir adam birdən- birə Türkiyənin əyalətinə köçür. Dəyişən həyat tərzimi təsəvvür edin. Son 30 ildə Kayseridə dörd universitet ard-arda açıldı. Həmin universitetlərin fəaliyyəti Kayserini inkişaf etdirdi. Kayseri kimi qapalı bir mühitə universitetlərin tələbələri yeni həyat gətirdilər. Ora şəhər tipli əyalət olsa da, insanlar müasirləşməmişdilər. Orada yeni binaların tikilməsinə, təhsil ocaqlarının açılmasına baxmayaraq, onların beynində əyalət psixologiyası var idi.Orda ilkin olaraq Tibb Universiteti açmışdılar. Həmin ali təhsil ocağının daşlarını hicablı qadınlar qucaqlarında daşıyırdılar. Mənim üçün bunun mənəvi anlamı çox böyük idi. Bir qadın təhsil ocağının qurulmasını arzulmaqla yanaşı, onun inşa edilməsində də fədakarlıq göstərir. Bununla necə qüruru duymayım? Gözəl hislərdir…Erciyes Universiteti elm sahəsində Türkiyədə 8-ci yeri tutan ali təhsil ocağıdır. Hazırda professor olaraq orada çalışıram. Universitet təkcə tələbələr yetişdirmir, həm də orda vaksin hazırlandı. Bir sözlə kəşfləri daha çox oldu.
-Hazırda işlədiyiniz universiteti digər universitetlərdən fərqləndirən hansı cəhətlər var?
-İndi dediyim kəşflərin çoxalmasıını üstünlüyümüz hesab edirəm. Ancaq ən vacib məqamlardan biri isə hər müəllimin orada özünün şəxsi otağının olmasıdır. Bu çox gözəldir. Orada müəllimlərin komfortu möhtəşəm səviyyədə təmin olunur. Məhz bu səbəbdən müəllimlər bir- birlərilə az ünsiyyətdə olurlar. Onlar elmə daha çox zaman ayırırlar. Universitetin böyük bir sahəsi var ki, orada bütün fakültələr mövcuddur. Bu fakültələr o qədər böyükdür ki, hər birini rahatlıqla universitet adlandırmaq olar. Sanki bir tələbə şəhərciyidir. Burada elm sürətlə imkişaf etdi.
- Başqa ölkələrin gəncləri ilə bizim gənclər arasında nə kimi fərq görürsünüz?
-Başqa ölkələrin gənclərində ən sevdiyim cəhət onların elmlə məşğul olmaq həvəsinin çox olmasıdır. Öyrənməyə çox həvəslidirlər. Bu məni sevindirir. Onlara elm öyrədən müəllimin əllərindən öpüb, minnətdarlıq edirlər. Bu onların ən gözəl xarakteridir. Əlbəttə, bizim gənclərdə də təhsilə maraq var. Ancaq etiraf edim ki, Türkiyədə daha çox rast gəlirəm. Amma Azərbaycanda sənətə və sənətkara dövlət tərəfindən daha yüksək qiymət verilir.Bizim universitetdə təhsil alan tələbələr Azərbaycanda filosoflara, akademiklərə verilən dəyəri görürlər deyə, istəyirlər ki, burda təhsil alsınlar. Ancaq buradakı təhsil sistemi ilə Türkiyədəki təhsil sistemin eyniləşdirmək olmaz. Sovetlər dönəmində təhsil heç də pis deyildi. Zamanında biz onlardan çox şey öyrəndik. Dünya tarixini, dünya ədəbiyyatını, dünya musiqisini yaxşı öyrənə bildik. Ancaq Azərbaycan tarixi çox zaman təhrif olunurdu. Bunun da səbəbləri bəlli idi. Burda rus siyasəti əlbəttə, danılmazdır. Biz müstəqil olandan sonra Azərbaycan tarixini dərindən öyrənə bildik. Həyat yoldaşım orada çalışan zaman həmin universitetin rektoru bütün zəngin insanları təhsilin inkişafına cəlb edirdilər. Orada hər fakülətnin xərclərini bir varlı insan ödəyirdi və həmin binanı dövətə bağışlayırdı. Bu da o binaların üzərində yazılırdı.
- Hazırda orada müəllim olaraq sizin də yaşamınız təmin olunur?
- Bəli. Əlbəttə. Daha çox zəngin insanlar universitetlərin xərclərini qarşılayır.Ancaq bəzən biz hər şeyi dövlətdən gözləyirik. Amma dövlətin də öz qayğıları var axı. İndi heç kəsə sirr deyil ki, bütün dövlətlərin hərbi bazası güclü olmalıdır. Bunun üçün silaha nə qədər dövlət büdcəsindən pul xərclənir. Məsələn, bizim güclü ordumuz və silahımız oldu deyə ermənilərə qalib gəldik.
Türkiyədə savadlı adamlara sevgi böyükdür. Varlı insanları heç vaxt bahalı geyimlərdə, bahalı maşında görmədim. Çox sadə insanlardır. Ömrünü elmə sərf edənlərə orda cəmiyyət yüksək qiymət verir. Türkiyədə dövlətdən çox xalq elm adamlarının qayğısını çəkir. Cəmiyyətini elmi və elm adamını sevməsi çox sevindirici haldır. Mən həmişə deyirəm ki, siyasət də dəyişəcək, iqtisadi durğunluq və ya inkişaf da keçəcək, ancaq xalqı, milləti yaşadan elm və sənətdir. Əgər sənət və mədəniyyət yoxdursa, siz bilin ki, artıq həmin dövlət də yoxdur.
-Türkiyə mədəniyyəti ilə Azərbaycan mədəniyyətini fərqləndirən cəhətlər hansılardır?
- Mən bunu kitabımda da qeyd etmişəm ki, türklər doğulandan döyüşkən olurlar. Hər hansı bir dövlət dörd təməl üzərində qurulur: od, torpaq, su və hava. Od siladır, torpaq yetişdirir- məhsul verir, su ticarətdir, hava isə fikir, sənət, mədəniyyətdir.
Çıxışlarımın birində dedim ki, sizdə alov da, su da çox yaxşıdır. Ancaq torpaq (yetişdirmək) məsələsi və hava çox azdır, deyərdim ki, zəifdir. Azərbaycanda da ticarət var, hava boldur. Ancaq od və torpaq məsələsi zəidir. Bu fikrimi 44 günlük zəfərimizdən əvvəl səsləndirmişdim. Ondan sonra İkinci Qarabağ Müharibəsi başladı və biz 20% torpaqlarımızı mənfur ermənilərdən azad etdik.
-İllərdir müəllim işləyirsiniz. Heç unutmadığınız tələbəniz var?
-Əlbəttə, çoxdur. Nurəli Şahbazov, Bəyimxanım Vəliyeva, Toğrul Əsədullayev mənim unudulmaz tələbələrimdəndilər. Bu tələbələr Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunlarıdır. Ancaq mən 44 il ərzində Bakı Dövlət Universitetindən başqa demək olar ki, bütün universitetlərdə işləmişəm. Mən sovetlər dönəmində Moskva Dövlət Universitetində müdafiə etmişəm. O zaman oranın mühiti ilə Azərbaycanın mühiti arasında çox böyük fərq var idi. Dünyanın bütün ölkələrindən orda təhsil almağa gəlirdilər. Kooridor boyunca hər dildə danşan adama rast gəlirdim. Kitabxanası çox zəngin idi. Ordan çox böyük təəssüratla geri dönmüşdüm. Həqiqətən bir çox ölkələri gəzmək, görmək, təhsil sistemində bilavasitə iştirak etmək insanı inkişaf etdirir.
Həmişə tələbələrimə deyirəm ki, mən istəyirəm ki, siz bilik qazanmaqla yanaşı, üfiqiniz də açılsın. Dünyaya baxışınız genişlənsin, düşüncələriniz zənginləşsin. Bu keyfiyyətlər bir insanın inkişafı üçün mütləqdir.
- Nigar xanım, gələcək planlarınızdan nə deyə bilərsiniz?
- Uzun illərdir dinlə maraqlanıram. Bu sahə məni özünə çox cəlb edib. Bütün dinlər haqqında saysız-hesabsız kitablar oxumuşam. Sonda İslam dininin nə qədər zəngin olduğunu anlamışam. Həyatım boyu dayanmadan dinlə maraqlanmışam. Mən dünyanı gəzdikcə çox millət görmüşəm. Bunların içərisində pis insana da rast gəlmişəm, yaxşı insanala da qarşılaşmışam. Bütün dünyanı birləşdirən bir məfhum var ki, o da insandır. İnsana xidmət etməlisən. Bunun üçün isə insan təhsilli, kifayət qədər bilgili və ən əsası əsl insan olmalıdır. Bəşəri insan tipi üzərində çalışmaq istəyirəm.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
19 May 2026 09:01
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verdi - FOTOLAR
08 May 2026 11:13
Talassemiya daşıyıcıları nələri bilməlidir? - Səhiyyə Nazirliyinin hematoloqu cavablandırır
06 May 2026 19:10
Dəli şeytan deyir ki...
01 May 2026 11:07
Oturaq həyatın gizli təhlükələri - SN xəbərdarlıq edir
20 Aprel 2026 20:34
"Azərbaycan və Ermənistan hazırda de-fakto sülh şəraitində yaşayır" - Əmirbəyov
17 Aprel 2026 12:49
"Hər dəfə Azərbaycana gələndə o hekayəni bir daha xatırlayıram" - Çiğdem Ərdoğan
17 Aprel 2026 11:14
Hemofiliya: irsi xəstəlik, yoxsa idarə oluna bilən vəziyyət?
14 Aprel 2026 20:11


Bakı -°C

