“Azercell”dən Vətənin igid övladlarına hörmətlə
Şanlı qələbəmizin ildönümündə lider operator qazilərimizə “Veteran tarifi”ni təqdim edir.
Xalqımızın qəhrəmanlıq salnaməsi - Vətən müharibəsindəki böyük zəfərimiz Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ uğrunda vuruşan, canından və sağlamlığından keçən əsgər və zabitlərin şücaəti hesabına gerçəkləşdi.
“Azercell” bu Zəfər Gününü xalqımıza yaşadan şanlı Azərbaycan ordusuna sonsuz hörmətinin təcəssümü kimi müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımıza yeni “Veteran tarifi”ni təqdim edir. Qələbə günümüz münasibətilə dəyərli veteranlarımıza, həm də, qələbə tariximizin gün və ayını simvolik şəkildə əks etdirən “8-11” seriyası ilə başlayan yeni nömrələr də hədiyyə ediləcək.
“Sim-Sim” abunəçiləri üçün nəzərdə tutulan “Veteran tarifi”nə qoşulmaq istəyən abunəçi şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən təqdim edilən və veteran statusunu təsdiq edən rəsmi sənədlə “Azercell” Müştəri Xidmətlərinə və ya “Azercell Ekspres” ofislərindən birinə yaxınlaşa bilər. Qeyd edək ki, yeni tarif daxilində bütün şəbəkədaxili zənglər - 0.03 AZN; Şəbəkəxarici zənglər - 0.04 AZN; hər 1MB mobil internet – 0.03 AZN; SMS - 0.03 AZN təşkil edəcək.
Nəzərə çatdıraq ki, yeni tarif Böyük Vətən Müharibəsi, Əfqanıstan Müharibəsi, 90-cı illərin Qarabağ müharibəsi və Vətən müharibəsində iştirak edərək veteran statusu alan bütün vətəndaşlarımıza şamil edilir. Tarif haqqında daha ətraflı məlumatı www.azercell.com saytı vasitəsilə əldə etmək olar.
Xatırladaq ki, 44 gün davam edən Vətən müharibəsi ərzində şanlı ordumuzun ardınca irəliləyərək Qarabağda ilk mobil şəbəkəni qurmağa müvəffəq olan məhz “Azercell”in texniki komandası oldu.
“Azercell Telekom” veteranlarımıza bu yeni tarif və nömrələrlə hər zaman yalnız qələbə müjdələrini və xoş xəbərləri paylaşmağı arzulayır, hamını 8 noyabr, Zəfər Günü münasibətilə təbrik edir!
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

