adalet.az header logo
  • Bakı -°C
27 Iyul 2026 17:57
66
HADİSƏ
A- A+

Küləkli hava nəticəsində 2 nəfər yaralandı - YENİLƏNİB

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Bu barədə Adalet.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 27.11.1961-ci il təvəllüdlü qadın və 20.10.1998-ci təvəllüdlü kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub:

"Aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.
Digər psiyentə sol pəncənin 3 cü barmagın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara 1 cili işlənib və aseptic sargı qoyulub.
Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib".

Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə edilib.

***

12:03

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Adalet.az xəbər verir ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib.

Müayinələr zamanı pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib, sınıq gips longetlə fiksasiya olunub.

Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Mütəxəssislər vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamağı, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər.