Gecə tez-tez oyanırsınız?
Gecə yuxudan qəfil oyanıb yenidən yuxuya getməkdə çətinlik çəkirsinizsə, bunun narahatlıq doğuran hal olmadığını bilməlisiniz.
Adalet.az xəbər verir ki, yuxu üzrə mütəxəssislər gecə ərzində bir neçə dəfə oyanmağın tamamilə normal olduğunu bildirirlər. Yuxu fizioloqu Stefani Romişevski deyib ki, insanların fasiləsiz və birnəfəsə yatmalı olduğu fikri geniş yayılsa da, əslində gecə oyanmaları sağlam yuxunun təbii hissəsidir.
Mütəxəssislərin sözlərinə görə, yuxu təxminən 90 dəqiqə davam edən dövrlərdən ibarətdir. Sağlam yetkin insanlar gecə ərzində bu dövrlər zamanı iki-dörd dəfə oyanırlar. Lakin bu oyanmalar əksər hallarda cəmi bir neçə saniyə çəkdiyi üçün insanlar onları xatırlamırlar.
Qeyd olunub ki, gecənin ilk yarısında dərin yuxu üstünlük təşkil edir. Səhərə yaxın isə yuxu yüngülləşdiyi üçün kiçik səs, işıq və ya digər narahatlıqlar belə insanın oyanmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, əsas problem oyanmaq deyil, insanın həmin an narahat olmağa başlamasıdır. Beyin "artıq yata bilməyəcəyəm" düşüncəsini qəbul etdikdə, ayıqlığı artıran kortizol hormonunun səviyyəsi yüksəlir və yenidən yuxuya getmək çətinləşir.
Yuxu mütəxəssisləri belə hallarda saata baxmamağı, təşvişə qapılmamağı və bədənin yenidən yuxuya keçməsi üçün sakit qalmağın daha faydalı olduğunu vurğulayırlar.
Digər Xəbərlər
10 Avqust 2026 11:17
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
10 Avqust 2026 09:13
Bu 3 faktor demensiyanı 13 il gecikdirir
09 Avqust 2026 00:51
Dünyada 2,2 milyard insanın görmə problemi var
08 Avqust 2026 15:58
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər
07 Avqust 2026 09:31
Bir çox insan mədə problemi hesab edir - pankreas xərçənginin ilk əlamətiymiş
06 Avqust 2026 10:32
Ana südünü necə artırmaq olar?
05 Avqust 2026 15:30
Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
05 Avqust 2026 15:29


Bakı -°C

