Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrut fəaliyyətə başlayır.
Adalet.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
"Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,5 AZN müəyyən edilib.
Digər Xəbərlər
27 Iyul 2026 17:12
Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib
27 Iyul 2026 16:59
Azərbaycanda epizootoloji vəziyyət sabitdir
27 Iyul 2026 13:24
Dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatır - FAKTİKİ HAVA
27 Iyul 2026 13:06
Temperatur 41 dərəcə qalxacaq - Proqnoz
27 Iyul 2026 11:18
Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
26 Iyul 2026 13:31
Temperatur 40 dərəcə qalxacaq - PROQNOZ
25 Iyul 2026 15:47
Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
24 Iyul 2026 17:00


Bakı -°C

