Komitə sədri növbəti dəfə vətəndaş qəbulu keçirdi - FOTO

İyunun 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Adalet.az-ın məlumatına görə, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir. Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqları ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun tapşırıqları ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Digər Xəbərlər

İlham Əliyev Bakıda zavodun açılışında - FOTOLAR

Sənədsiz evlər Milli Məclisdə müzakirə olundu

Vilayət Eyvazov sıra baxışı keçirdi - 19 müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO+FOTOLAR

Bu gün əsl yay havası olacaq - PROQNOZ

Qeyri-iş günlərində qatarların hərəkət qrafiki açıqlandı

Xankəndidəki restoranı icarəyə götürmüş vətəndaşın iddialarına RƏSMİ CAVAB

"Onlara normal maaş verilməsi üçün imkanlar var" - Deputat
