Təyyarədən sağ çıxan olmayıb - VİDEO - YENİLƏNİB

"Boeing" təyyarəsinin Hindistanda qəzaya uğraması nəticəsində təyyarədə olan 242 nəfərin hamısı həlak olub.
***
15:18
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 170 nəfərə çatıb.
Adalet.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
***
14:37
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.
Adalet.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Xarici KİV-in məlumatına görə, yerli polis təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyünü bildirib.
***
14:09
Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb.
Adalet.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.
***
13:43
Hindistanda təyyarə qəzası nəticəsində 30 nəfər həlak olub.
Adalet.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Bildirilib ki, Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya xidmətinin rəhbəri ilə hadisənin təfərrüatlarını müzakirə edib.
***
12:38
Hindistanda içərisində 242 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.
Adalet.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İngiltərənin Birmingem şəhərinə uçarkən Əhmədabadda qəzaya uğrayıb.
Bildirilib ki, təyyarə Meqaninaqar ərazisi yaxınlığındakı yaşayış massivinə düşüb.
Digər Xəbərlər

Tramp: İrana çox şans verdim - daha da pis olacaq

İranın çox sayda yüksək rütbəli məmuru öldürüldü

İsrail Təbriz hava limanını vurdu - VİDEO - YENİLƏNİB

Pezeşkian xalqa müraciət edəcək

İsrail hökuməti: Natanzdakı nüvə obyektinə əhəmiyyətli zərər vurmuşuq

Əli Xamenei İran ordusuna "sərbəst hərəkət" etməyə icazə verdi

Məhkəmə Trampa Los-Ancelesə milli qvardiya göndərməyi qadağan etdi
