Eldəniz Məmmədovun 50 yaşı tamam oldu...

İstedadlı müğənni Eldəniz Məmmədovun bu gün 50 yaşı tamam olur. Heç kimə bənzəməyən, özünün dəsti-xətti xətti olan Eldəniz qardaşımız sözün həqiqi mənasında bu xalqın sevimli müğənnisidir.
Hələ" Xalq ulduzu' musiqi müsabiqəsindən əvvəl onu çoxları yaxşı tanımırdı. Qardaşım Elxan oğlanlarına kiçik toy edirdi. O da , toya həmişə yaxın dostu Rəhman Məmmədlini dəvət edirdi, hətta öz toyuna Rəhmanın ansamblı aparırdı və Bakıdan da bir müğənni gətirmişdi. Bu dəfə Rəhman qardaşıma dedi ki, sənin uşaqlarının toyuna elə müğənni gətirəcəm ki, Bəhmənlidə hamı ona heyran olacaq. Elə belə də oldu.
Toy günü gördük ki, son dərəcə mədəni, tərbiyəli bir gənc müğənni gəlib. Rəhman və ansamblı başladı, nə başladı. Tanımadığımız bu cavan oğlan Eldəniz Məmmədov idi.O, xalq və bəstəkar mahnılarını özünəməxsus şirinliklə ifa edir, zilə qalxır, zəngulələr vurur, bir sözlə, toydakıları təəccübləndirirdi.Həmin toy gecə saat 3- yə kimi davam elədi. Xüsusilə də Eldənizin" oxuduğu " Qarabağ şikəstəsi " hamını heyran elədi və hey kim toyun bitməsini istəmirdi.
Rəhmanın və Eldənizin ifaları Bəhmənlilərin yaddaşına qızıl hərflərlə həkk edildi.Və o vaxtdan qardaşım Elxanın və bizim dostluğumuz başladı. Sonradan mənim qızımın toyunu , Elxanın iki oğlunun böyük toyunu yenə Rəhman Məmmədli ilə Eldəniz qardaşımız apardı. Və bizim dostluğumuz bu gün də davam edir.Hətta iyirmi gün bundan öncə Bəhmənlinin böyük ziyalısı və iş adamı Süleyman müəllimin yas məclisinə gəlmişdi.Çünki Eldəniz Məmmədov dostluğa, duz- çörəyə sədaqətli insandır.
O, böyük sənətkar İslam Rzayevin tələbəsi olub və həmin yolu uğurla davam etdirir.Onun həm sənəti, həm də insanlığı bir- birini tamamlayır. Ona görə də hamı onu çox istəyir. Ad günü münasibətilə Eldəniz qardaşımızı təbrik edir, ona cansağlığı arzulayır və sənətdə daha yüksək zirvələri fəth etməyi istəyirik. Və gün o gün olsun ki, Əməkdar, Xalq artisti adlarına layiq görülsün. İnşallah , o da olar! Onsuz da Eldəniz Məmmədov xalqın müğənnisidir!!!
Emil Faiqoğlu