Kobaxidze "Sakaşvilinin yolu"ndan imtina etdi: Diqqətlər Kremldə
Xəbər verdiyimiz kimi uzun müddətdir Gürcüstanda müzakirələr, mitinqlər, etiraz aksiyaları ilə müşayət olunan
"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi qəbul olunub.
Məhz bundan sonra ABŞ Gürcüstan rəsmilərinə sanksiya tətbiq edib.
Adalet.az xəbər verir ki, proseslər Gürcüstan hökuməti ilə Rusiya arasında diplomatik münasibətləri bərpa etmək üçün bir addım olub.
Gürcüstan mediası qeyd edib ki, Rusiya ilə münasibətləri düzəltmək üçün Rusiyadakı səfirliyə əlavə işçilər cəlb olunur.
Avropadan “qopmaq”a qərar vermiş Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinə keçirilən son seçkilərin AB-də demokratik böhranın əlamətlərini ortaya qoyduğunu vurğuladı. Bununla o, Avropa İttifaqının vədlərinə inanmadığını təsdiq etmiş oldu.
Aİ-nın “demokratiya” vədlərinə inanıb, qonşu Rusiyanı düşmən hesab edərək onunla döyüşməyin yaxşı nəticə verməyəcəyini anlayan Kobaxidze üzünü Avropadan çevirdi. Elə ona görə də hələ 2008-ci ilin avqustunda Gürcüstan prezidenti
Mixail Saakaşvilinin yürütdüyü siyasi xətti qəbul etmədi.
Yeri gəlmişkən bildirək ki, gürcü baş nazir ABŞ-ın "Xarici təsirin şəffaflığı haqqında" qanuna görə Tiflisə tətbiq etdiyi sanksiyalar qeyri-ciddi və təhqiredici hesab edib.
P.S. Düşünürük ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze belə mühüm qərar verməsində Ukraynanın hazırkı durumunun da böyük payı vardır.
Əntiqə Rəşid
Digər Xəbərlər
15 Sentyabr 2026 17:41
"Heç kimin qabağında baş əymirik və əyməyəcəyik" - İlham Əliyev
15 Sentyabr 2026 17:15
"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır" - Dövlət başçısı
15 Sentyabr 2026 16:47
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident
15 Sentyabr 2026 16:43
"Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq" - Dövlət başçısı
15 Sentyabr 2026 16:30
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR + YENİLƏNİB
15 Sentyabr 2026 15:35
Ərdoğan Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 15:25
Suriyada əş-Şaraa hökumətinə qarşı etirazlar başlayır - Politoloq
15 Sentyabr 2026 14:52


Bakı -°C

